Bakıda satışa çıxarılan torpaqların sayı artıb -19% (SİYAHI)
Bakı şəhərində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə, bazara satış üçün təklif olunan elanların sayı 437-yə qalxıb.
Yenixeber.org: Müqayisədə 2014-cü ilin mart ayında bazara çıxarılan torpaq sahələrinin satış elanlarının sayı 815 ədəd olub, beləliklə 2014-cü ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur. “Report” xəbər verir ki, bu, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.
Cari ilin fevralında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:
Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşir. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədidir (12,6%). Qeyd edilən rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.
Səbail, Xətai rayonları üzrə təklifin göstəricisi 3,8%, Nizami və Qaradağ rayonlarında isə 1,8% təşkil edib. Ən az paya sahib olan Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonlarıdır. Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri əsasən çoxmərtəbəli binalarla tutulub və boş torpaq sahələri çox az saydadır.
Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.
Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü aşağıdakı kimidir:
Təklif portfelinin əsas, yəni 70,8%-ni “kiçik sahəli torpaqlar (0-10 sot)” tutur. Növbəti paya malik olan “orta sahəli torpaqlar (10-100 sot)” 28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaq (101-700 sot)” sahələridir ki, onlar da 0,4%-ə bərabərdir. Beləliklə, Bakı şəhərinin rayonları üzrə satışa çıxarılan əsasən kiçik sahəli torpaqlar üstünlük təşkil edir.
Həmçinin qeyd etmək lazımdır ki, təklif olunanan torpaq sahələri “kupçalı” (sənədlə) və “kupçasız” (sənədsiz) bazara cıxarılıb. “Kupçalı” torpaqların payı 73%, “kupçasız”ların isə 27% olub.
2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətləri aşağıdakı kimi olub:
Rayon | Qəsəbə | Qiymət (manat/sot) |
Sabunçu | Bilgəh qəs. | 3 904 |
Bilgəh qəs. dəniz kənarı | 16 717 | |
Zabrat | 6 338 | |
Ramana | 3 783 | |
Bakıxanov | 33 519 | |
Nardaran | 8 500 | |
Nardaran (dəniz kənarı) | 15 000-20 000 | |
Savalan qəs. | 9 000 | |
Kürdəxanı qəs. | 2 000 | |
Suraxanı | Hövsan | 5 177 |
Bülbülə qəs | 17 500 | |
Yeni Suraxanı qəs. | 3 867 | |
Əmircan qəs. | 10 571 | |
Yeni günəşli | 11 000 | |
Dədə Qorqud | 2 000 | |
Bahar qəs. | 4500 | |
Qaracuxur qes | 16 997 | |
Səbail | Badamdar, 3 massiv | 22 030 |
Xətai | Əhmədli | 27 143 |
H.Aslanon qəs. | 34 797 | |
Xəzər | Dübəndi | 2 800 |
Qala | 3 175 | |
Binə qəs. | 3 139 | |
Binə qəs. (Mərdəkan şosesi) | 9 875 | |
Qala | 3 175 | |
Mərdəkan | 6 622 | |
Buzovna | 6 983 | |
Şüvəlan | 4 333 | |
Türkən | 2 100 | |
Zirə | 1 767 | |
Şağan | 11 500 | |
Yasamal | Yeni Yasamal qəs. | 18 571 |
Pirallahı | Gürgan qəsəbəsi | 5 000 |
Binəqədi | VI mikrorayon | 37 500 |
VIII mikrorayon | 111 250 | |
IX mikrorayon | 16 125 | |
Biləcəri qəs. | 11 943 | |
Binəqədi qəs. | 7 104 | |
Rəsulzadə qəs. | 8 595 | |
Sulutəpə qəs. | 6 802 |