Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarasu OİL”dan Antikorrupsiya İdarəsinə şikayət ediləcək

“Bizə “Qarasu OİL” əməliyyat şirkəti ilə bağlı daxil olmuş şikayətləri gələn həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəyik. Son günlər şirkətlə bağlı şikayətlər artıb”.

Xeberinfo.com:   Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Qarasu OİL” və “Şirvan OİL” şirkətləri keçirilən tenderin qalibi olmuş 4 yerli şirkətlə (“İlkin” MMC, “Neftçi” MMC, “Neftçi-İnşaatçı” MMC və “Temp” MMC)  müqavilə bağlayıb: “Müqaviləyə əsasən, şirkətlər öz nəqliyyat vasitələrini “Qarasu OİL” və “Şirvan OİL” şirkətlərinə kirayə verib. 4 şirkətin hər birində 140 işçi çalışıb. Sonradan “Qarasu OİL” yerli şirkətlərlə bağlanmış müqaviləni pozub. Əvəzində isə offşor zonada qeydiyyatdan keçmiş, yerli şirkətlərin göstərdiyi xidmətdən 30-40 faiz baha xidmət göstərən “Gts SOLİTİON ALYANS” şirkəti ilə müqavilə bağlayıb.

Biz daxil olan faktların araşdırması üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən kömək istəyirik”.

Virtualaz.org saytına müraciət edən şirkətin hazırlıq sexinin sabiq rəisi Fuad Ağayev də “Qarasu OİL” şirkətinin yoxlanılmasını istəyir.

F.Ağayevin sözlərinə görə, ötən həftə “Qarasu OİL” əməliyyat şirkətinin işçiləri şirkətin sosial məsələlər üzrə vitse-prezidenti İslam Ovciyevin göstərişi ilə yemək pullarının ödənilməməsinə etiraz ediblər: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsini əsas gətirərək işçilərə verilən yemək pullarını kəsiblər. Halbuki şirkətdə mənimsəmə faktları çoxdur. “Qarasu OİL”, “Şirvan OİL”, “Abşeron OİL”, “Neftçala OİL”, “Binəqədi OİL” şirkətlərini birləşdirən “Global invest energy” şirkətinin təhcizat şöbəsinin rəhbəri İntiqam Sadıqovdur.  İntiqam Sadıqova məxsus olduğu bildirilən “GTS ALYANS” şirkəti təkcə “Qarasu OİL” şirkətinə 50-ə yaxın “Niva” markalı avtomobil kirayə verir. Əgər şirkət neftin qiymətinin düşməsindən  zərər çəkirsə, niyə “GTS ALYANS”a məxsus maşınların sayı azaldılmır? Nəqliyyat vasitəsinə ayrılan 1 günlük vəsait 60 manatdır. Beləliklə də maşınlara aylıq 2800 manat kirayə haqqı ödənir. Bu isə 10 fəhlənin 1 aylıq məvacibinə bərabərdir”.

F.Ağayev deyir ki, “GTS ALYANS” şirkətini offşor şirkət kimi qeydə alıblar. Şirkət Azərbaycanda vergi ödəmir. Bu şirkətlə bağlanmış müqaviləyə görə, 500-dən çox iş yeri qapadılıb.

F.Ağayev onu da qeyd etdi ki, 13 il “Qarasu OİL” şirkətində mühəndis, sex rəisi vəzifəsində çalışıb: “Şirkətin yeni rəhbərliyi indiyədək 200-dən çox peşəkar neftçini vəzifəsindən kənarlaşdırıb. Bu ilin aprelində məni də ixtisar adı ilə işdən çıxardılar. Halbuki mən müharibə veteranıyam. Əmək Məcəlləsinin tələblərinə görə, ixtisarlar qaçqın statusu olanlara, müharibə veteranlarına şamil edilməməlidir. Amma şirkətin sosial məsələlər üzrə vitse-prezidenti İslam Ovciyevin göstərişi ilə işdən çıxarıldım. Bu adam haqqında dəfələrlə ölkə mətbuatında məlumatlar verilib”.

Şikayətçinin sözlərinə görə, şirkətdə qanunsuzluqlar bitmir: “AKA tipli qazma qurgusunun təmiri adı ilə 100 min manat ayrılmışdı. Amma qurğu təmirdən gələndən 2 gün sonra yenidən təmirə saxlanıldı. Halbuki sənədlərdə tam təmir olduğu göstərilirdi. 1960-cı il istehsalı olan “Bakines” tipli qaldırıcı qurğuya görə 60 min manat ayrılmışdı. Həmin qurğu şirkət rəhbərliyinə yaxın şirkətdə təmirə göndərildi. Qurğunun tək bir avadanlığına (əyləc saybasına) 3 min manat silinmişdi. Yaxud bunu soruşmaq lazımdır: 1,6 milyon dollara alınmış “İDİCO” qazma qurgusu indi haradadır? Bu qurğular 2012-ci ildə təmir olunub”.

F.Ağayev deyir ki, dəyəri milyon manatla ölçülən qurğular “Global invest energy Azerbaijan” sirkətinin rəhbəri İqor İvanovic Kirdodanın şəxsi göstərişi ilə şirkətdən çıxarılıb: “Bu işdə ona şirkətin vitse-prezidenti Asxat Muxamedzyanov yardım edib. Asxad Muxammedzyanovun oğlu Ruslan Muxamedzyanov hazırda “Qarasu OİL” şirkətinin vitse-prezidenti vəzifəsində çalışır. Maraqlıdır ki, indiyədək mətbuatda şirkət haqda dəfələrlə məlumat verilsə də hüquq-mühafizə orqanları araşdırma aparmayıb”.

Virtualaz.org saytı səslənən bu iddialarla bağlı “Qarasu OİL” şirkətinə və şirkətin daxil olduğu “Qlobal Energy Azerbaijan Ltd.” şirkətinə müraciət etsə də oradan cavab verilməyib. Bununla belə şirkətin mövqeyini də dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam