Adil Məmmədov sovxozun 300 hektarlıq ərazisini mənimsəyib?
2015-ci ilin sonları ölkə prezidenti cənab İlham Əliyevin bir daha yüksək çinli məmurlara ünvanladığı sərt ismarıclarla əlamətdar oldu. Dövlət başçısı bir neçə tədbirin gedişində, o cümlədən Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə də qəti olaraq bildirib ki, qanun pozuntularına yol verən məmurlar ciddi cəzalandırılacaqlar.
Xeberinfo.com: Prezident məmurların işi ilə bağlı fikirlərini bu cür bildirib: “Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz”. Eyni zamanda da, ölkə prezidenti müxtəlif vaxtlarda etdiyi çıxışlarında mövcud neqativ halların aradan qaldırılması işində mətbuatın da rolunu xüsusi olaraq vurğulayıb. Belə çıxışların birində dövlət başçısı məmur özbaşınalıqları barədə deyib: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.
Elə yeni ilin ilk günlərində bizimdovr.az-a daxil olan yeni açıqlamalarda da məhz dövlət başçısının bu tələblərinə qarşı çıxan növbəti məmur özbaşınalıqlarından xəbər verilir. Bu dəfəki məlumatlar isə, Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinin yarıtmaz fəaliyyəti, eləcə də şəxsən RİH başçısı Adil Məmmədovun rəvac verdiyi konkret maxinasiyalar barədədir. Qeyd edək ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, hal-hazırda rayonda qızğın müzakirələrə səbəb olmuş bu maxinasiyalar əsasən üç istiqamətdə reallaşmaqdadır. İlk növbədə, mənbə “Adil” MMC-nin fəaliyyətini diqqət mərkəzinə çəkir. Bu xüsusda açıqlamada bildirilir ki, Masallı rayonunda dövlət qeydiyyatından keçmiş bu şirkət birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən mənimsənilir.
Açıqlamalarda Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin, başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır. Yeri gəlmişkən, mənbə Adil Məmmədov və Zümrüd Şərifova arasında ilişiklərin təkcə “işgüzar” xarakterli olmadığını da vurğulayır. Hətta yeni il ərəfəsində Ukraynaya birgə səfər də etdikləri rayonda çoxlarına məlumdur. Həmçinin mənbə məhz bu münasibətlərin aşkar təzahürü kimi, bir müddət əvvəl Zümrüd Şərifovanın qardaşı Mehmanla bağlı baş vermiş insidentdə icra başçısının rolunu da diqqət mərkəzinə çəkir. Bildirilir ki, hələ iki ay bundan öncə, Mehman Şərifov öz həyat yoldaşı Sevinc Kərimovanı qəddarcasına döyərək, ona ağır xəsarətlər yetirmişdir. Nəticədə digər xəsarətlərlə yanaşı, qabırğa sınması diaqnozu ilə də Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş Sevinc Kərimova polisə müraciət etmişdir. Lakin məhz bu məqamda işə Adil Məmmədov qarışaraq, Qobustan RPŞ-nin rəisinə təzyiq göstərmiş və cinayət işinin açılmamasını təmin etmişdir. Qeyd edək ki, bizdə olan məlumata görə, hazırda Sevinc Kərimova keçmiş həyat yoldaşından ayrılaraq Bakıda yaşayır.
Nəhayət, aldığımız məlumatlarda Adil Məmmədovun rəvac verdiyi maxinasiyalardan üçüncüsü kimi də “Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət hazırda Qobustan ərazisində yol çəkilişi işlərilə məşğuldur. Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından torpaq daşınması həyata keçirir. Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir. Həmçinin Torpaq haqqında qanuna görə, torpağın daşınaraq satılması kateqoriyalara görə konkret müəyyən olunan qiymətlərlə tənzimlənməlidir. Baxılan halda, göstərilən ərazilərdən daşınan torpağın hər bir kub.metrinə görə yerli bələdiyyə orqanının hesabına 50 qəpik ödənilməlidir. Mənbə bildirir ki, göstərilən ərazilərdən torpaq iri tutumlu “Shacman” yük maşınları ilə, hər gün 250-300 reys olmaqla daşınır. Hər maşının tutumu isə 60-70 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 8-10 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib. İddia olunur ki, “Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da məhz başçı tərəfindən mənimsənilir.
Göründüyü kimi, Qobustan RİH-nin başçısı Adil Məmmədova qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslı və ciddidir. Həm də dünyanı bürümüş qlobal iqtisadi böhranın öz təsirlərini artıq ölkəmizə də göstərməyə başladığı bir vaxtda, dövlət məmurunun bu kimi mənimsəmələrə rəvac verməsi tamamilə yolverilməz bir haldır. Ümid edirik ki, müvafiq qurumlar bütün bu deyilən məqamların araşdırılması və məsələyə tam aydınlıq gətirilməsi istiqamətində lazımi tədbirləri görəcəklər.
Ayrıca olaraq, məsələyə Qobustan RİH rəhbərliyinin mövqeyini də öyrənmək bizim üçün maraqlı olardı.
P.S. Məlumatları təqdim edən mənbə, növbəti açıqlamalarda Adil Məmmədovun oğlu Aqil Məmmədovun saxta sənəd və dövlət nömrə nişanı ilə BMW markalı avtomobili necə satmasından, eləcə də başçının Prezident Administrasiyasında işləyən digər oğlu, Fuad Məmmədovun törətdiyi cinayət hadisəsinin necə ört-basdır olunmasından bəhs olunacağını bildirib.