Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Gəncə şəhər İcra Hakimiyyətinin YALANI İFŞA OLUNDU

Gəncə şəhər İcra Hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bir neçə gün öncə, Gəncə şəhərində küçələrin bərbad vəziyyətdə olması, ağacların quruması haqqında məlumat vermişdik.
Yenixeber.org: Məlumat paylaşıldıqdan sonra, rəsmi İnstagram hesabımıza Gəncə şəhər İcra hakimiyyətinin rəsmi səhifəsindən məsələ ilə bağlı şərh bildirilib və bununla bağlı ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət ünvanladıqlarını deyiblər.

Şərhdə qeyd edilib ki, mütəxəssislər şam ağaclarının xəstəlikdən quruduğu qənaətinə gəliblər və qurumuş ağacların kökündən çıxarılaraq məhv edilməsi ilə bağlı qərar verilib.
Mövzunu aydınlaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərdik. Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev sorğumuza cavab olaraq bildirib ki, son aylarda Agentliyə Gəncə ərazisindən Eldar şamı ağaclarının xəstəlik səbəbindən kütləvi şəkildə quruması ilə əlaqədar heç bir müraciət daxil olmamışdır. Bu açıqlama Gəncə Şəhər İcra Hakimiyyətini yalanını ifşa etmiş oldu.

Bizim Ekologiya və Təbii Sərvətlər Nairliyinə müraciətimizdən dərhal sonra, Gəncə şəhər İcra hakimiyyəti yazdığı şərhi silib. Yeni yazılan şərhdə isə ETSN-nə rəsmi müraciət etmələri və quruyan ağacların kökündən çıxarılaraq məhv edilməsi barədə mütəxəssislərin rəy verməsi ilə bağlı cümlələri şərhdən siliblər. Bizim hər iki şərhi foto yaddaşda saxlamağımız Gəncə Şəhər İcra Hakimiyyətinin yalanını bir daha ifşa etmiş oldu.
Bu məsələdən bir daha aydın olur ki, Gəncə şəhər İcra başçısı Niyazi Bayramovun rəhbəhrlik etdiyi strukturun əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini kölgə altında qoyur.(ajans.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam