Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Su Ehtiyatları Agentliyində “kadr islahatı“ - Əhmədağa İbrahimov yenədə vəzifəsində qaldı -İLGİNC

bitmap-img6

Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisini Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin vəzifədə saxlatdırdığı  bildirilir.
Yenixeber.org: Dövlət Su Ehtiyatları Agentliyində aparılan islahatlarda 100-ə yaxın idarə rəisinin 70-dən çoxu işdən çıxarılıb və yaxud yerləri dəyişdirilib. İşdən çıxarılacaq idarə rəisləri arasında ilk sıralarda yer tutanlardan biri də Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi olmasına baxmayaraq, Əhmədağa İbrahimov öz vəzifəsində qalıb.
Əldə etdiyimiz məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Əhmədağa İbrahimov yenidən Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi təyin edilib. İllərdir Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi vəzifəsində işləyən və yaşı 70-ə yaxınlaşan Əhmədağa İbrahimovun vəzifəsindən göndəriləcəyi gözlənilirdi. Məlumata görə Əhmədağa İbrahimovun himayədarı Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev onun yenidən vəzifədə qalmasını təmin edib. 
Bildirək ki, Əhmədağa İbrahimov Şirvan şəhərində oliqarx məmur kimi tanınır. Onun məhz Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin hesabına böyük imkanlar əldə edərək övladlarına ciddi biznes yaratdığı deyilir. Əhmədağa İbrahimovun oğlu Orxan İbrahimov Şirvan şəhər icra başçısının müavini vəzifəsində işləyir. 
Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.(azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc  etməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam