Redaktor seçimi
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Günün xəbəri

“OFİS-A.M.” MMC necə "kotirovkalar kralı" ola bilib? -TƏFƏRRÜAT

Eyni yerlərdə müxtəlif tenderlər udan bu üç MMC-ni birləşdirən nə, yaxud kimdir?

Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 07.08.2024-cü ildə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurub. İdarə “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.350,07 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalına 10.10.2024-cü ildə yerləşdirib.

Yenixeber.org: Bu məlumat ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin satınalmalar bazarında çox tez parlamağa başlayıb. MMC demək olar hər gün bir və ya iki kotorivka sorğusunun qalibi olur. Daha çox dəftərxana və təsərrüfat mallarının satın alınmasının qalibi olan MMC həm də, təltif malları, təsərrüfat və mətbəə malları, içməli su, ofis ləvazimatları, digər mallar, istehlak yönlü müxtəlif xidmətlər, mətbəə məhsullarının və katric dolumu, bayraq və portret malları, yeməkxana və mətbəx ləvazimatları, digər və istehsalat təlimi üzrə lazım olan mallar, mətbəə avadanlıqlarına ehtiyat hissələri və mətbəə üçün sərfiyyat malları kimi satınalmaların da qalibi olub.

Dövlət satınalmalarının vahid portalına yerləşdirilmiş məlumatda MMC nin son 6 ay ərzində dövlət satınalmalarında 212  kotirovka sorğusunun qalibi olduğu göstərilir. Maraqlıdır, 6 ay ərzində 212  kotirovka sorğusunun qalibi olmuş bu MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ  NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir.

Göründüyü kimi  MMC cari ilin fevralında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi ilə dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə 4.221,5 manat məbləğində müqavilə bağlayıb, siftə edib. Daha sonra Naxçıvanın rayonlarından tutmuş, Qəbələ, İmişli, Gədəbəy, Qusar, Tovuz, Şəki, Yevlax, Kürdəmir, Lənkəran, Astara, Saatlı, Beyləqan, Cəlilalabad, Salyan, Yardımlı, Biləsuvar, Hacıqabul, Ağdam, Ağstafa rayonlarında və Gəncə, Şuşa,Şirvan və Sumqayıt şəhərlərində fəaliyyətdə olan dövlət qurumlarına, Bakı şəhərində fəaliyyətdə olan xəstəxana, institut, hərbi hissə digər qurumlara dəftərxana və təsərrüfat ləvazimatları satmağa başlayıb.

Ümumiyyətlə görəsən bu MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə  müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı?  Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Altı ay ərzində 212 kotirovka sorğusunun qalibi olan MMC nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin heç bir məlumat yoxdu.

Görsənən odur ki, Antiinhisar və İstehlak  Bazarına Nəzarət Dövlət Xidmətinin “OFİS-A.M.” MMC-yə xüsusi yanaşması, simpatiyası var. Olmasaydı MMC-yə  son 6 ay ərzində 212 dövlət sifarişinin verilməsinə belə geniş şərait yaratmazdı.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam