Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN generalının maşınından nə tapılıb?

 

Elçin Quliyevin avtomobilində aparılan axtarış zamanı süni kişi cinsiyyət orqanı aşkarlanıb 

Xeberinfo.com:   Azərbaycanda generalları belə urvatdan salan xeyli sayda adamın varlığı sirr deyil. Həqiqətən zəhmət çəkib, peşəkarlıq nümayiş etdirib bu ail rütbəni alanlarla yanaşı, təsadüf nəticəsində «qırmızı zolaqlı» şalvara sahib olanlar sonradan bunu haqq etmədiklərini əməlləriylə ortaya qoyurlar. 

Söhbət «MTN işi»ndən gedir. O işdən ki, böyük bir skandala səbəb olmaqla yanaşı, həm də xeyli sayda yüksək rütbəli zabitin həbs olunmasına gətirib çıxarıb. JAM.AZ xəbər verir ki, Akif Çovdarov, Elçin Quliyev və digərlərinin həbsi zamanı onların indiyə qədər hansı əməllərlə məşğul olduğu aşkarlanıb. Bu barədə yetərli qədər yazıldığından yenidən üzərinə qayıtmaq istəmirik. 

Amma bu generallardan birinin evində və maşınında aparılan axtarışlar zamanı elə bir şey tapılıb ki, bunun bir generala yaraşmayan olduğunu deməyə gərək qalmayıb. JAM.AZ-a verilən məlumata görə, MTN-in generalı, hazırda həbsdə olan və ləğv olunmuş nazirlikdə bir vaxtlar Anti-Terror Mərkəzinin rəisi işləmiş Elçin Quliyevin maşınında aparılan axtarışlar zamanı süni kişi cinsiyyət orqanı aşkarlanıb. 

Mənbə bildirir ki, axtarış aparan əməliyyatçılar tapdıqları əşyanı gördükdə şoka düşüblər. Bir generalın belə bir alətdən istifadə etməsini müəyyənləşdirə bilməyiblər. JAM.AZ xəbər verir ki, generalın süni kişi cinsiyyət orqanından hansı məqsədlər üçün istifadə etdiyi məlum deyil. Bundan işgəncə vasitəsi kimi istifadə edib, etmədiyi və ya başqa məqsədlər üçün yararlandığı isə araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam