Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı “qoçularına” iki vətəndaşı döydürdü xəsarət alanlar var -VİDEOFOTOLAR

Yenixeber.org: Redaksiyamıza muraciət edən vətəndaşlar Qəribəliyev Vəli və Ağayev Abdulla bildirirlər ki, 25 noyabr 2023 cü il tarixində, “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallıdan dəyəri 18,000 manatlıq olan iaşə obyektinin avadanlıqlarını təhvil təslimlə geri götürmək üçün görüşdük.
Lakin Rüstəm Zeynallı bizə məxsus olan  avadanlıqlarımızın yarı hissəsini versədə  bəzilərini qaytarmaq istəmədi, bu an mən Qəribəliyev Vəli Rüstəm Zeynallıdan əşyalarımı tələb etsəm də, Rüstəm Zeynallı əşyaları verməkdən imtina etdi, və aramızda mübahisə yarandı.
Rüstəm Zeynallı kimlərəsə zəng edərək  idmançı cüssəli şəxsləri, studiyasına çağırdı. Bir müddətdən sonra idmançı cüssəli gələn şəxslər üzərimizə şığıyaraq mən və Abdullanı amansızcasına studiyanın çöl hissəsində “beşbarmaq”tipli kustar üsulla hazırlanmış soyuq silahla bizə xəsarətlər yetirməyə başladılar, və bizi o yerdən uzaqlaşdırdılar.
Bir daha bldirmək istəyirik ki, bunların bir başa sifarişçisi “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı və Rüstəmin sifarişini icra edən “qoçuları” idi.
Bizi dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirdilər, biz ilkin müayinə olunduqdan sonra məlum oldu ki, Abdullada kəllə beyin travması üstəlikdə çənəsı qırılıb. Məndə isə müxtəlif dərəcəli bədən xəsarətləri aşkarlandı.
Bizə qarşı baş verən cinayət hadisəsi ilkin araşdırması Yasamal RPİ-nin 27-ci polis bölməsində aparılsada lakin günahkarlardan heç kəs məsuliyyətə cəlb olunmayıblar.

Zərərçəkmiş şəxslər  media vasitəsi ilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, və Baş Prokuror Kamran Əliyevdən kömək istəyir.

Cənab nazir Vilayət Eyvazov bildirmək istəyirik ki, Rüstəm adlı şəxs cəmiyyətdə tanınmış şəxs olduğundan, müəyyən əlaqələrinin olmasından istifadə edərək, cinayət işinin araşdırılmasına və açılmasına, qaralnıq himayədarları tərəfindən müdaxilə etdirir.
Bildirdiyimiz iddia barəsində bizim videogörüntülərimiz, ekspertiza rəyimiz polisə təqdim edilib.
Xahiş edirik sadə Azərbaycan vətəndaşlarının əzilməsinə imkan verməyəsiz.Bizə dəymiş mənəvi və maddi ziyan hələdə qarşılanmayıb ,hətta xəstəxana məsrəflərini özümüz qarşılamışıq.(Azerbaycanreallığı)


Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam