Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək? -FOTO/VİDEO

bitmap-img6
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Dəyəri 39 min 890 manat olan tender müsabiqəsinin qalibi “Best Holding 2023” MMC (VÖEN- 1308163171) olub.
“Best Holding 2023” MMC Əlyazmalar İnstitutuna elmi-tədqiqat xidmətləri göstərəcək. Bu xidmətlər “Molla Nəsrəddin” jurnalının elektron arxivinin yaradılması və bununla bağlı tədqiqat işlərindən ibarətdir.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən bir-neçə şübhəli məqamlar var:
Bunlardan biri odur ki, qalib şirkət yeni yaranıb. “Best Holding 2023” MMC 1 fevral 2023-cü il tarixində cəmi 5 manat nizamnamə kapitalı ilə Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 ünvanında dövlət qeydiyyatına alınıb.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Best Holding 2023” MMC son bir ayda AMEA-nın keçirdiyi 3 tenderin qalibi olmağı bacarıb. Maraqlıdır ki, yeni yaranmasına baxmayaraq qalib olduğu tender müsabiqələrinin hər üçü fərqli istiqamətlər üzrə olub:
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 7-8 ay əvvəl yaranan şirkətin fərqli istiqamətlərdə yüksək peşakarlıq tələb edən (elmi tədqiqat, kimyəvi reaktivlərin satılması və s.) işləri görə bilməsi üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Tenderdə qalib olan şirkətlə bağlı diqqət çəkən başqa bir məqam odur ki, “Best Holding 2023” MMC-nin qeydiyyatda olduğu ünvanda eyni tarixlərdə, eyni nizamnamə kapitalı ilə eyni şəxsin qanuni təmsilçi olduğu və bənzər adları olan daha 4 şirkət qeydiyyata alınıb:
Roman Qasımovun rəhbərlik etdiyi bu şirkətlərdən biri – “Savalan 99 Group” MMC də yeni yaranmasına baxmayaraq qısa müddətdə 3 tenderin qalibi olmağı bacarıb.
Tenderlə bağlı şübhəli məqamlardan biri də, bu MMC-lərin qanuni təmsilçisi olan Qasımov Roman Safəddin oğlu ilə eyni ad, soyad və ata adına malik olan şəxsin daha əvvəl narkotik maddələrdən istifadə və silsilə oğurluq əməllərinə görə dəfələrlə həbs olunmasıdır. Roman Qasımovun həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyin yaydığı videogörüntünü təqdim edirik:(yeniavaz.com)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam