Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

`Carçıoğlu Qrup` MMC-nin rəhbəri `VEYSƏLOĞLU`nun da imicini TƏHDİD EDİR -BUNLAR BİR YANA...

Və araşdırmalarımız nəticəsində əldə etdiyimiz bilgilərdən aydın oldu ki, sən demə, "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev təkcə vergidən yayınmır, eyni zamanda DAHA BÖYÜK BİR QANUN POZUNTUSUNA DA qol qoyur...
Bu barədə redaksiyyamıza daxil olan məlumatlardan aydın olur ki, bir zamanlar "Efes" və digər bu kimi Türkiyə istehsalı olan spirtli içkili malların Azərbaycana tədarükçüsü olan "Carçıoğlu Qrup" MMC neçə müddətdir ki, bu biznseini itirib və Azərbaycanda belə bir QAZANC YERİNDƏN olan Elçin Carçıyev cənabları yenə də EYNİ ALVERLƏ məşğuldur... Amma bu dəfə fərqli yolla...
Bu barədə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, "Carçıoğlu Qrup" MMC "Efes" pivələrini - hansılar ki, 3 il əvvəlindən onlar tərəfindən Azərbaycana idxal olunub və satılmayaraq ambarlarında qalıb... - həmin məhsullar yenidən satışa buraxılır və özü də ciddi satış məntəqələrində...
Burada başlıca marağı QAZANC əldə etmək olan "Carçıoğlu Qrup" MMC-nin rəhbəri daha anlamır ki, təkcə hazırda "Efes" pivələrinin ölkəmizə ƏSAS və yeganə tədarükçüsü olan "Veysəloğlu GROUP"u hədəfə çevirmir, eyni zamanda istehlakçıların da sağlamlığını təhlükə altına atır...
Hər halda, öz adına və işinə sayğı ilə yanaşdığını nümayiş etdirən "Veysəloğlu" bu gün özünün biznes maraqları naminə yox, həm də TİCARƏT ŞƏRƏFİ naminə onun adına bazara saxta, vaxtı keçmiş məhsul çıxaran bir qurumdan şikayətçi düşməlidir... SÜBUT?
Bu barədə əlimizdə olan faktları növbəti yazlmızda təqdim edəcəyik. eyni zamanda, bu işdə maraqlı olmalı olan AQTA və "Veysəloğılu"nun da mövqelərini təqdim edəcəyik... BİZİ İZLƏYİN...
Qarşı təəf olaraq isə - "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevi də dinləməyə hazırıq... GÖRƏK NƏ DEYƏCƏK...(dia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam