Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Döyülən jurnalist dünyasını dəyişdi- VİDEO

 

Avqustun 8-də “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülən Jurnalist Rasim Əliyev, bu gün səhər saatlarında dünyasını dəyişib.

"Xeberinfo.com":   “Azadlıq” qəzetinin məlumatına görə, futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, özü bu haqda belə açıqlama vermişdi.

Qeyd edək ki, baş vermiş hadisəilə bağlı Cavid Hüseynov özü açıqlama verərək, məsələyə belə aydınlıq gətirmişdi:“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.
Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “astanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım…”
Cavid Hüseynov bildirmişdi ki, sözlərinə görə, Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: “Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.
Dünən “Qəbələ”nin futbolçusu Cavid Hüseynov qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyevi xəstəxanada ziyarət etmişdi. Apasport.az saytına bu barədə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat vermişdi. Döyülən jurnalistlə görüşdüklərini bildirən klub rəsmisi Rasim Əliyevin vəziyyətinin qənaətbəxş olduğunu demişdi:“Rasim Əliyevlə xəstəxanada görüşdük vəziyyəti qənaətbəxşdi. Həkimlə də görüşdük. Amma bir az araşdırmaya ehtiyac var və yəqin ki, buna sabah aydınlıq gələcək”.
Həkimlərin vəziyyətinin qənaətbəxş olduğunu iddia etdiyi jurnalistin həyatını dəyişməsi isə Rasim Əliyevi döyənlərlə yanaşı, həkimlərin də cinayət məsuliyətinə cəlb olunmasını zəruri edir.

Allah rəhmət eləsin.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam