Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“SEMAŞKO” Dövlət xəstəxanası YAXUD BAZAR...?!


"Xeberinfo.com":  Doğrudanmı Musa Nağıyev adına(Semaşko) xəstəxana dövlətindir?! Bu sualın cavabını bilənlər həmin xəstəxanın ağını-qarasını görənlər çox gözəl başa düşürlər ki, mən bu sualı hansı səbəbdən verdim. Fevral ayının 18-də yaxın qohum bıçaq yarası aldığından həmin xəstəxanada müalicə almalı olur. Bir kamera lazım idi ki, xəstəxananın giriş qapısından başlayaraq görülənləri, xəstələr üzərində gedən mühüm əməliyyatlara qədər kameranın gözünə köçürsün. Məni dəhşətə gətirən bir səs bu gündə qulağımdadır. Demək, ayın 18-ki biz gəldik xəstəxanaya, bizimlə birgə bir yaşlı qadın da gətirdilər. Həmin qadın “Ay ürəyim” demişdi dad edirdi. Lakin həmin qadının səsinə səs verib kömək edən olmadı. İlk baxışda görürdün ki, hamı məşğuldur. Lakin hamının öz vəzifə borcu xəstənin adamının cibinə görə icra edilirdi. Həmin qadın elə heeeey qışqırırdı. Səhv etmirəmsə həmin yaşlı qadın bəlkə də ürək çatışmazlığından əziyyət çəkirdi. İnanın mən orada bəlkə iki saata yaxın dayandım xəstəyə yaxın düşən olmadı. Sanki arada kimsə xəstənin adamını haraylayaraq axtardı və sonrasından xəbər tuta bilmədim. Bəli, Dövlət xəstəxanası ilə ilk gündən tanışlığım belə oldu. Xəstəmizin vəziyyəti gərgin olduğundan hətta gecələr də qalmalı olurdum. Deyim ki, “soyulma” əməliyyatı bizim başımıza gəlmədi, yalan olar. Hamı kimi bizim də əlimiz cibimizdə idi. İlk olaraq xəstəmizin əməliyyat həkimini görəndə qorxdum. Bu insanın qətiyyən həkimə bənzər tərəfi yox idi. Onun görkəmi bir yana, heç mədəniyyəti belə çatmırdı. Bu həkim mədəniyyətsizliyi ilə diqqətimi çəkdiyindən onun haqqında araşdırma apardım və onun leyhinə heç yaxşı fikir eşitmədim. Xəstəxananın bütün işçiləri onun əlindən boğaza yığıldıqlarını söylədilər. Həmin həkim mənim özümlə də pul üstə dalaşdı. “Bilirsiz nə deyir: Deyir siz sevinin ki, sizin xəstənin ürəyini bəzi həkimlər kimi yarıdan çox açaraq pul istəmirəm”. Bizim xəstəmiz də ürək nahiyyəsindən daxilə nüfuz etmədən bıçaq yarası almışdı. Demək cərrah dediyim Əli Səmədovun fikrincə xəstəmizdə bıçağın daxilə nifuz etməsini yoxlamaq üçün tam açıq ürək əməliyyatı keçirməli və biz də istədiyi 12 min manatı verə bilməsək xəstəmiz ölməli imiş. Artıq bu cəlladın fikri bəlli idi. Çünki bütün dediklərimi bizə sözügedən həkim anlatmışdı. Bütün olanları nəzərə alaraq xəstəmizin həkimini təcili sürətdə dəyişməyə müvəffəq olduq. Onu da unutmayaq ki, bütün xəstələrin özünün həkim seçmə hüququ var. Biz də istədiyimiz həkimi seçdik və heç nədən narazı qalmadıq, lakin daha gülməli olaylarla qarşılaşdıq. Əli Səmədov biləndə ki biz artıq onunla dil tapa bilmədik, xəstəmizə o nəzarət etməyəcək, kapriz nümayiş etdirərək xəstəmizin “Xəstəlik tarixçə”sini o biri həkimdən gizlədərək bir müddət üzə çıxarmadı. Mən baş həkimin müavini Adil Salahova müraciət edərək məsələni ona danışdım. Elə Adil müəllim də, bütün işçilər deyəni qeyd etdi ki, biz onun əlindən cana gəlmişik. Mən isə cavabımda dedim:” AY Adil müəllim, xəstələrdən aldığınızı sən də, o biri də bölürsüz. Siz niyə beləsi ilə birlikdə çalışırsınız? Axı o sizə və həkimlərə tez-tez hədə-qorxu gəlir? Mənim özümə indi də maraqlıdır ki, niyə Əli Səmədovun yanında hər kəsin dili qısadır? 
Bütün bunlar burada qalsın, keçək xəstələrin qaldıqları müddət baş verənlərə.İnanın Allaha heç bir mübaliğəsiz çatdırıram. Demək xəstəyə çarpayı dəsti veriləndə anında növbətçiyə 5 manat verməlisən, səhər tezdən xadimə gəlir otağı təmizləməyə 1 manat ona verməlisən, xəstəyə müalicə təyin olunubsa tibb bacısı təyin olunur və hər dəfə iynə vurduqda əgər sistem deyilsə üç, əgər sistemdirsə 5 manat verməlisən. Qısası bu qayda ilə xəstələr tam sağalana qədər davam edir. Beləki cərrahların əməliyyat üçün nə alacağı isə hələlik məlum deyil. Hə yadımdan çıxmamış ,deyim ki, xəstəxananın buraxılış saatından da əvvəl bütün xəstələrin adamları qapıçıya “hörmət edib” istənilən mərtəbəyə qalxa bilir. Demək günün sönuna yaxın, yəni saat 20.00-dan sonra( bütün növbətçilər öz yerini almış olur) xəstəxana olur “BAZAR”... Yəni Sədərəyin bütün alverçiləri xəstəxanaya axışırlar. Əllərində çantalar “şmotka” alveri edirlər. Bazar alverçiləri də xəstələri gecələr belə soyurlar. Hətta küçədə hammımızın rastlaşdığı özünü axsağa, çolağa bənzədən yeniyetmələri də gördüm. Görün onlar nəyin alverini edirlər? Quranı Kərimin ayələrini xüsusi qablaşdıraraq natəmiz xəstəxanada paylayaraq pul tələb edirdilər. Qaldığım müddətcə bir-neçə dəfə belələrini qovmuşdum. Hörmətli oxucular, siz indi bildinizmi tanınmış Musa Nağyev adına olan Dövlət Xəstəxanasında nələr baş verir. Mən sizə sual edirəm bütün göstərilənlərə əməl olunmasa heç xəstələrimizin üzünə baxarlarmı? Əlbəttə yox!!! Həqiqəti göstərməyi yazar olaraq özümə söz vermişəm və heç nəyi də yalan qələmə almadım. Bilirsiz, xəstəxananın işçiləri istər həkimləri, istər xadimələri, istərsə də tibb bacıları əlacları olsa deyər ki, PULUNU VER... sonra salamını qəbul edim. Mənə maraqlı gələn odur ki, görən sözügedən xəstəxana Dövlət tərəfindən maliyyələşmir ki...?! Niyə işçilərin gözü dilənçi kimi xəstənin əlinə baxmalıdır? Nədir bunun səbəbi??? Bütün dediklərimə rəğmən Səhiyyə Nazirliyinin gözü hara baxır? Bir sözlə dövlət xəstəxanasında belə olaylarla qarşılaşan insanlar, bəs Özəl Klinkalarda nələrin şahidi olurlar? Mən çox təəccüb edirəm ailədə böyük olanda hansısa xoşagəlməzliyi var gücü ilə çalışır ki, aradan qaldırsın. Bəs bu MİLLƏTİN sahibi yoxdurmu ki, insanlara sahib çıxsın. Bu özbaşınalığın axırı hara gedir? Mən müraciət edirəm, Səhiyyə Nazirliyinə deyək ki, özəl klinkalar cəhənnəm, heç olmasa Dövlət Xəstəxanalarına nəzarət etməyi bacarın!!! Neçə illərdir korrupsiyanın qarşısını almaqla məşğul olan qurumların gözləri görmür ki, nəinki dövlət xəstəxanalarında, hətta polikilinkalarda da soyğunçuluqla məşğul olurlar Məhs Səhiyyə Nazirliyində çalışan məmurlar niyə“Səhiyyədə açıq bazarın”qarşısını almırlar??? Səhiyyədə belə soyğunçuluqdursa görün, başqa təşkilatlarda nələr baş verir. Fərqində olan boynu yoğun Dovlət məmurları varmı ki, millətin qaydına qalsın. Bu millət onsuz ki, can verir. Insanlari niyə ölməməmişdən qabaq öldürməyə çalışırsiz AXI...?! Nədir bu xalqın GÜNAHI?

 

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam