Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TENDER bazarında ciddi qarşıdurmalar -Mafiya qanunları işə salınır...

Yenixeber.org: Məlumatlara görə, neçə illərdir ki Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi TENDER oyunlarında yüzmilyonlarla dövlət vəsaitini mənimsəyərək iri oliqarxlara çevrilmiş, bir qrup şəxslər arasında münasibətlər qarşıdurma həddinə çatıb. Tenderlərin böyük əksəriyyətində iri paya sahib olan şəxslərdən biri, rəqiblərini sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə etməkdədir. Əslində biznes aləmində sağlam rəqabət başa düşüləndir və ölkə iqtisadiyyatının yüksəlişinə xidmət edir. Ancaq sözü gedən situasiyada dövlətin qanunları deyil, mafiya qanunlarına üstünlük verilir. Bu nöqteyi nəzərdən TENDER bazarında olan şəxsləri mafioz qruplaşmaların rəhbərləri kimi də təqdim etmək mümkündür. Mənbələrdən əldə edilən məlumatlara görə, varidatı milyardlarla ölçülən TENDER BOSSlarından biri rəqiblərinə qarşı sağlam rəqabətdə məğlub olacağını hiss etdikdən sonra sözün əsl mənasında rəqiblərinə qarşı mafiya qanunları ilə mübarizə aparmaq qərarına gəlib. Bu istiqamətdə çirkli yollarla əldə edilmiş pulları səxavətlə xərcləyən “MAFİA başçısı” bir çox güc strukturlarının xidmətindən bəhrələnməyə üstünlük verir. Belə ki, qarşı tərəfin adamları şərə, böhtana, hədə-qorxuya və şantaja məruz qalırlar. Əldə etdiyimiz digər məlumatlara görə, həmin ODİOZ Oliqarx keçmiş MTN əməkdaşlarının bu tip xidmətlərindən vaxtında yetərincə bəhrələnməyə nail olmuşdur. İndi isə ona elə gəlir ki, digər güc strukturlıarını bu işə cəlb etməklə, onları müxtəlif şirnikləndirici vədlərlə  öz tərəfinə çəkərək istəklərini reallaşdıracaq. 

TENDER bazarında ciddi qarşı durmalar - Mafiya qanunları işə salınır...


Qazandığı çirkli pullar bu şəxsin gözlərin o qədər bağlayıb ki, ölkədə baş verənlərdən xəbərsizdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən kadr və eləcə də iqtisadi islahatlar bu insanları qəflət yuxusundan oyada bilmir. Bu qarşıdurmalarda BŞİH-nin başçısı Hacıbala Abutalıbovun adının hallanması isə hadisələrin hakimiyyətin yuxarı qatlarına daşınmasından xəbər verməkdədir. İstisna olunmur ki, yaxın günlərdə adıçəkilən qarşıdurmanın “qanlı nəticələrini” müşahidə edəcəyik. Məlumat üçün bildiririk ki, bu hadisələrdə adları hallanan şəxslərin kimliyi artıq redaksiyamıza məlumdur. Amma söhbət dövləti cinayətlərdən getdiyi üçün araşdırmalarımızı sona qədər apararaq adları açıqlayacağıq.(
Bakunews.az)

Mövzu diqqətimizdədir
Ardı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam