Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ağcabədidə telefon rüsvayçılığı –Fotolar

 

 Yenixeber.org: Ağcabədi rayonu bu əsrə çatmayıb. Məlumata görə, rayonda 200 abonentdən cəmi 70 abonentin ev telefonu işləyir.

Yəni, 130 abonentin ev telefonu zay və yararsız, sovetdənqalma naqillərin ucbatından işləmir. Sakinlər deyirlər ki, göyə peyk buraxmaqdansa yerdəki xətləri düzəldin.

“Ona görə də bu gün gəliblər calaq-culaq etməyə. Dedim bunun nəyini düzəldirsiniz, ölüyə can verməyə çalışırsınız? Bu naqillər yenilənməli və müasir naqillərdən istifadə edilməlidir.

Təsəvvür edin, hələ rabitə naziri Əli Abbasov işdən çıxarılanda məhkəmədə verdiyi ifadədə səhv etmiriksə aylıq 200 milyon manat qaranlıq yollarla mənimsənildiyini etiraf etmişdi.

Bu pullarla ölkədəki bütün rabitə abonentlərinin xətlərini yeniləmək olardı. Yoxsa sovetdənqalma zay xətlərə möhtac qalmazdıq. Zay xətlərə görə internet də zəif olur. Amma kimə deyirsən?

Ən anormalı isə işləyən telefonların da kəsilməsidir, düzəldirsiniz heç olmasa işlək xətləri ayırmayın, nə üçün 2-3 gün telefon işləməməlidir?”,-deyə rayon sakinləri bildirirlər.

Emil/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam