Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Zərdabın icra başçısı bağçalar, bələdiyyələr, sahibkarlardan pambıqpulu yığır-açıq məktub

Zərdabın icra başçısı bağçalar, bələdiyyələr, sahibkarlardan pambıqpulu yığır

 

 

Yenixeber.org: Zərdab rayon sakinləri tərəfindən göndərilən şikayət məktubunda prezident İlham Əliyevdən kömək istənilir.

Onların sözlərinə görə, icra başçısı Lütvəli Babayevin məqsədi şəxsi maraqlarını təmin etməkdir:

“Nəticə isə göz qarşısındadır. Zərdab şəhəri zibilliklərə qərq olub, yollar dağılıb, rayon xarabalığa bənzəyir. Kəndlərdə həmçinin yolsuzluqdan əziyyət çəkirlər.

Lütvəli Babayev indidə uşaq bağçalarına əl atıb. Artıq bir aydır ki, Zərdab rayon ərazisindəki uşaq bağçalarına yemək verilmir. Valideyinlər uşaqlarını bağçaya aparanda yeməyi də özləri ilə aparırlar.

Ancaq bağçalarda divara vurulan cədvəldə yalandan hər gün uşaqlara yemək verildiyi yazılıb.

 


Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev

Lütvəli Babayev tapşırıq verib ki, nəyin bahasına olur-olsun pambıq planının əvəzinə pul ödəməliyik.

Bu il Zərdab rayonu Lütvəli Babayevin səriştəsizliyinə görə pambıq planını verə bilmədi.

Sahələrdə tonlarla pambıq itib-batdı, tələf oldu, yığılmadı. İndi Lütvəli Babayev Ucar pambıqtəmizləmə zavodu ilə danışıq aparıb pul gücünə saxta plan vermə həyata keçirmək istəyir.

Bütün bələdiyyə sədrləri, icra nümayəndələri, idarə müdirləri və sahibkarlardan pul toplanılır.

Hətta utanmaz-utanmaz uşaq bağçasının ərzağını da dayandırıb pulu pambıq almağa sərf edir.

Prezident cənab İlham Əliyevdən xahiş edirik, anormal hərəkətləri ilə insanlara zülm, əziyyət verən Zərdab rayon icra başçısı Lütvəli Babayevin barəsində tədbir görəsiniz”.

İmza; Zərdab rayon sakinləri

  1. Yaqubov Cavanşıir Aslan oğlu
  2. Umudova Firuzə Kamil qızı
  3. Dadaşov Feyruz Sabir oğlu
  4. Alıyeva Solmaz Oruc qızı
  5. Rəfiyev Bahadur Həsən oğlu
  6. Məmmədov Tahir Qadir oğlu
  7. 7. Kərimova Sona Şəmsəddin qızı
  8. Səmədova Asudə Əliyar qızı

Emil Salamoğlu/AzEuroNews/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam