Müstəntiqin əlavə 30 min “yolduğu” “çolpa” ləqəbli məmur kimdir?-Beyləqanda
Yenixeber.org:Ötənlərdə Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı cinayət işindən yazmışdıq.
Qeyd etmişdik ki, Sonolay.org-un əməkdaşları Beyləqana ezam olunaraq bu cinayət işi ilə bağlı ətraflı araşdırma aparıblar. Şahidlərin söylədikləri və dedikləri videolentə alınıb. Hazırda montaj işləri gedir. Montaj işləri yekunlaşdıqdan sonra videosüjeti geniş yazı ilə oxuculara təqdim edəcəyik.
İşin istintaqını aparan müstəntiq Telman Kərimov ağlagəlməz qanunsuzluqlara yol verib.
Əvvala, mətbuatda da gedən xəbərlərdə deyilirdi ki, məktəbli qız Ceyhunə ilə qeyri-təbii yolla cinsi əlaqədə 5 nəfər olub.
Ceyhunə özü təxminən bir ay qabaq müsahibə verərək, cinayətin əsas iştirakçılarının Babayev Rasim Nazim oğlu ilə, Həziyev Murad İsaxan oğlunun olduğunu bildirmişdi.
Rasim Ceyhunə ilə cinsi əlaqədə olmuş, Murad isə qızın yalvarışlarına baxmayaraq videolentə almışdı. (Yeri gəlmişkən həmin video bizdə təqdim olunub)
Ancaq 5 nəfərdən cəmi 2 nəfər həbs olunub-Kərimov Tural Şahin oğlu və Hümbətov Kamil Vahid oğlu. Əslində burada mütəşəkkil cinayətdən söhbət gedir. Bu cinayətdə 5 nəfər iştirak edib. Baş verən cinayət işində iki nəfər tutulub. Hazırda Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib azadlıqdadır. Hansı ki, onlar əsas iştirakçılardır.
Hadisə 1-ci Şahsevən kəndində baş verib. Kənd sakinləri deyir ki, çox şey gizli qalıb mətbuata. Əslində Ceyhunə ilə tək məktəblilər yox, yaşlı kişilər də qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu məsələ ilə bağlı ən azı 52 nəfər istintaqa çağırılıb. Hərə bir yolla canını məsuliyyətdən qurtarıb.
Ceyhunəni öz dediyinə görə 9-cu sinifdən zorlayan Rasim Babayevin valideynləri, qohumları biznesmendir. Murad Həziyevin atası isə İsaxan Beyləqanda tanınmış məmurdur, o, Beyləqanda Eleəktrik Şəbəkəsində yüksək vəzifədə çalışır.
Şahidlərin söylədiyinə görə, Beyləqan rayon Polis Şöbəsinin İstinta Bölməsinin müstəntiqi Telman Kərimov hər iki gəncin ailəsindən 30 min manat alaraq onların azadlıqda qalmasını təmin edib. Üstəlik həm Rasimin, həm Muradın ata-anası cinayət işində hal şahidi kimi keçir. Bu artıq analoqsuz bir addımdır. Belə çıxır ki, yaşlı adamlar gəncləri cinsi əlaqə zamanı izləyib tamaşa ediblərmiş.
Məhkəmə prosesi zamanı İsaxan Həziyev, yaxud yoldaşı “ifadə” verə biləcəkmi bu haqda? Telman Kərimov bu haqda fikirləşməyib. Çünki onu bankla borclu olduğu, bağladığı 27 min dollarlıq krediti daha çox maraqlandırıb.
Keçən dəfə bu məqalə dərc edildikdən sonra Telman Kərimov çıxış yolunu İsaxan Həziyevi yenidən çağırmaqda görüb. Müstəntiq rayonda hamının “çolpa” ləqəbilə tanıdığı məmurdan əlavə 30 min də istəyib ki, bəs məsələ mediada çıxıb, əlavə xərclər olacaq.
Yaqin ki, eyni xərc Rasimin valideynlərindən də tələb olunacaq.
Ancaq fərq etmir. İş hətta Beyləqan məhkəməsində ədalətlə baxılmasa belə yuxarı inistansiya məhkəmələri müstəntiq Kərimovun əməlləri ifşa olacaq. Heç kim belə qanunsuzluğa qol qoymayacaq.
Beyləqan Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev isə onu qorumağa meyilli olmayacaq.

Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.