Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Həsənovun nəvəsinin məhkəməsinə jurnalistlər buraxılmadı

Əli Həsənovun nəvəsinin məhkəməsinə jurnalistlər buraxılmadı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir

 

Yenixeber.org: Hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutacaq. 

Lakin məhkəmənin qapısından əsgər postunda jurnalistlər binaya buraxılmayıb. Polislər də media nümayəndələrini qapıdan uzaqlaşdırıblar. Bildirilib ki, jurnalistlərin N.Allahverdiyevin məhkəməsinə buraxılmaması üçün rəhbərlikdən tapşırıq verilib. 

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda ittiham edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam