Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Afrindəki kürdlər bizə təşəkkür edəcəklər” -Ərdoğan (Yenilənib)

 

“Afrindəki kürdlər bizə təşəkkür edəcəklər” - Ərdoğan (Yenilənib)

“Bizim kürd vətəndaşlarımızla problemimiz yoxdur. Məsələ kürd koridoru da deyil. Məsələ terror koridorunun bizim tərəfimizdən yox edilməsidir”.

Yenixeber.org-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı barədə çıxışında deyib.

Ərdoğan bildirib ki, Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur: “Bu gün təhlükəsizlik qüvvələrimiz sərhədlərimizin daxilində və xaricində yaxın tariximizin ən böyük mübarizələrindən birini həyata keçirir”. 

Türkiyə prezidenti bildirib ki, Afrin əməliyyatı "Fərat qalxanı" kimi hədəfə çatılanda başa çatacaq: “Bəziləri, məsələn Amerika deyir ki, “Müddət bəlli olmalı, çox uzun olmamalı”. Yaxşı, o zaman mən də Amerikadan soruşuram. Əfqanıstanda sizin müddətiniz bəlli oldumu? Nə zaman bitəcək? Biz iqtidara gəlmədən öncə siz İraqa girdiniz. İraqda bittimi bu müddət? Axı hələ İraqdasınız”.

Ərdoğan əlavə edib ki, Türkiyənin bu əməliyyatlardakı məqsədi milli təhlükəsizliyi ilə yanaşı Suriyanın ərazi bütövlüyü ilə Suriya xalqının can və mal varlığının təhlükəsizliyinə kömək etməkdir: “Türkiyəni tənqid edənlərin heç birinin dərdiSuriya xalqının problemlərinin həlli və onların gələcəyi deyil. Çox yaxın zamanda terror təşkilatlarının təzyiqi aradan qalxdıqdan sonra, bizə ən çox təşəkkürü Afrindəki kürd, ərəb və türkmən qardaşlarımız edəcəkdir”.

Kənan Məmmədov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam