Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu hadisə status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut etdi" -Hikmət Hacıyev

Yenixeber.org:  Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki nəfərin, o cümlədən azyaşlının həlak olması və bir nəfərin yaralanması ilə əlaqədar Xarici İşlər Nazirliyi xarici ölkələrdəki nümayəndəliklərimizə tapşırıq verib ki, Azərbaycanın narahatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın.

Bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu hadisə status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən dərhal sonra bu cür hadisənin baş verməsi göstərir ki, Ermənistanın siyasi hakimiyyətinin məqsədi münaqişənin həllinə maneə yaratmaq və gərginliyi artırmaqdır. Bununla əlaqədar Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə telefon danışığı olub və ölkəmizin narahatlığı onların diqqətinə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam