Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Buna maneə olan tərəf məhz Ermənistandır" -XİN rəsmisi

Status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır.

Yenixeber.org:  Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistan xarici işlər naziri E. Nalbəndyanın dediklərini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Normal məntiqlə Ermənistan xarici işlər nazirinin nə demək istədiyini başa düşmək çox çətindir.

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün təqdim etdikləri kompleks tədbirlər əsasında substantiv danışıqların davam etdirilməsini dəstəkləyir. Status kvonun dəyişdirilməsi isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur.

Azərbaycan ərazilərinin işğalını davam etdirərək bunun reallaşmasına və işğala əsaslanan status kvonun dəyişdirilməsinə maneə olan tərəf məhz Ermənistandır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam