Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həmsədrlər bəyanat yaydı:"Hərbi əməliyyatları dayandırın"

hemsedrler-1

ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Yenixeber.org:   Bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir.

“Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam