Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Ermənistan mülki əhalini hədəfə almağı dayandırmalıdır” –BƏYANAT

dati

Avropa Parlamentinin üzvü, Fransa Senatının deputatı Raşida Dati Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində dinc sakinlərin ölməsi ilə bağlı bəyanat verib.

Yenixeber.org:   Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, bəyanatda əvvəlcə qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Bəyanatda deyilir ki, günahsız insanların öldürülməsi, qeyri-insani aktlar dayandırılmalıdır: “Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz. ATƏT-in Minsk qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam