Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Trampın nadanlığı ilə təhqir olunmuşam” -ABŞ-ın sabiq dövlət katibi



 Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Madlen Olbrayt Prezident Donald Trampın miqrasiya fərmanını tənqid atəşinə tutub.

Yenixeber.org:  Diplomatın sözlərinə görə, sözügedən sənəd bir «qaçqın və nənə olaraq», onu təhqir edir.

ABŞ-ın sabiq dövlət katibi 1939-cu ildə – Çexoslavakiyanın almanlar tərəfindən işğal olunmasından sonra, valideynləri ilə birlikdə Londona qaçıb.
«İmmiqrant və qaçqın olaraq, mən fərmanın qəddarlığı ilə təhqir olunmuşam, mən onun nadanlığı ilə təhqir olunmuşam» - deyə, Olbrayt özünün «Tvitter»ində yazıb.

Olbrayt ABŞ Dövlət Departamentinə başçılıq edən ilk qadın olub. O, həmin idarəyə Bill Klintonun prezidentliyi dövründə (1997-2001) rəhbərlik edib.

Xatırladaq ki, Trampın məlum fərmanəna uyğun olaraq, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan 6 ölkənin vətəndaşlarına ABŞ ərazisinə daxil olmaq qadağan edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam