Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

ABŞ Hitlerə qarşı SSRİ-yə nələr verib? -Şok siyahı

 

İkinci Dünya müharibəsi illərində Qərb ölkələri SSRİ-yə həddən artıq yardım göstəriblər.

Yenixeber.org:  Müharibə zamanı ABŞ SSRİ-yə 15 min təyyarə göndərib. 1942-ci ilin birinci yarısında Qırmızı orduya göndərilən tankların sayı onun itirdiklərindən üç dəfə çox idi. Üstəlik, ABŞ SSRİ-nin tələblərini ödəmək üçün “General Motors” şirkətinin vasitəçiliyi ilə İranda xüsusi olaraq iki zavod yaratmışdı. Bu zavodlar vasitəsilə İrandan SSRİ-yə 14112 avtomobil göndərilir. Müttəfiqlər SSRİ-yə 1900 parovoz, eləcə də 11 min vaqon göndəriblər. Maraqlı məqam odur ki, bu zaman SSRİ-nin özündə istehsal ümumilikdə 446 parovoz, 1000-dən bir qədər çox vaqon təşkil edib.

Britaniya müharibə ərzində SSRİ-yə 3000 qırıcı, 5218 tank, 5000 tank əleyhinə silah, 4020 yük maşını, 1720 motosiklet verib.

Ümumilikdə ABŞ müharibə zamanı ən çox Britaniya və SSRİ-yə yardım edib. Vaşinqton Britaniyaya müharibə ərzində 384,12 milyard dollarlıq, SSRİ-yə isə 138,23 milyard dollarlıq yardım edib. Britaniya və Kanadanın yardımı ilə bu məbləğ 160 milyard dolları keçib.

Qeyd edək ki, “Levada Çentr”in keçirdiyi rəy sorğusunda rusların böyük əksəriyyəti SSRİ-nin Qərbin yardımı olmadan da Hitler Almaniyasına qalib gələcəyinə əminliyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam