Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"“Şimal axını-2” kiməsə qarşı yönəlməyib" -Rusiya prezidenti

“Şimal axını-2” kiməsə qarşı yönəlməyib, o, enerji bazarının inkişafına kömək etməlidir və bunu bütün tərəfdaşlara sakitcə izah etmək lazımdır.

Yenixeber.org:  Rusiya Prezidenti Vladimir Putin bu fikirləri “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Berdenlə görüşündə bildirib.

“Bizə sadəcə bütün tərəfdaşlarımıza, bunda marağı olan bütün ölkələrə izah etməliyik ki, bu layihə kiminsə əleyhinə yönəlməyib, əksinə, energetika bazarlarının inkişafına kömək etmək üçün nəzərdə tutulur”, – deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, “Şimal axını-2” sırf kommersiya layihəsidir.

Rusiya Federasiyasının Prezidenti əlavə edib ki, enerji resurslarını digər mənbələrdən də əldə etmək mümkündür. “Məsələ rəqabətqabiliyyətlilikdə, məsələ logistikada və bütün bu komponentlərin qiymətindədir, – deyə o, qeyd edib. – Mənə elə gəlir ki, sadəcə səbirlə, çox xeyirxah anlamda bizim bütün tərəfdaşlarımızla dialoq aparmaq lazımdır”.

V.Putin vurğulayıb ki, “Şimal axını-2” layihəsi Avropada, xüsusilə onun şimalında qaz hasilatının azalması ilə bir vaxtda Avropada qaz istehlakının genişləndirilməsi perspektivləri ilə bağlıdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam