Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Demokratiya və azadlıq üçün mübarizə aparırıq” -Poroşenko Trampla görüşdü

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Poroşenkonu qəbul edib.

Yenixeber.org:  Xarici mediaya istinadən xəbərə görə, görüşdə Ukraynanın şərqindəki münaqişə və ölkədəki islahatlar geniş müzakirə olunub. 

Görüşlə bağlı Ağ Evdən verilən yazılı açıqlamada iki liderin Ukraynadakı separatçılarla yaşanan münaqişənin sülh yolu ilə həll olunması, ölkədəki korrupsiya ilə mübarizə və qarşılıqlı işbirliyinin davam etdirilməsinin vacibliiyinin qərara alındığı xüsusi vurğulanıb. 

Poroşenko ilə görüşünün çox məhsuldar olduğunu deyən Tramp iki ölkə arasındakı münasibətlərin daha geniş və dərindən müzakirə edildiyini açıqlayıb və bir çox sahələrdə əməkdaşlıqlarının daha uzağa gedəcəyinin mesajını verib.

Poroşenko isə qısa açıqlamasında demokratiya və azadlıq üçün mücadilə etdiklərini deyərək, ABŞ kimi dəyərli bir müttəfiqlərinin olmasından məmnunluq duyduğunu vurğulayıb "Bu, bir uğur  hekayəsidir və bu hekayənin dəstəkçiləri olaraq sizi (Tramp) və ABŞ-ı yanımızda görməkdən qürur duyuram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam