Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq” -Poroşenko

Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb.

Xeberinfo.com:   Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb", - deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Bunu isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

"Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq", - deyə o bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam