Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NAZİRLƏRİN GÖRÜŞÜ TƏŞKİL OLUNACAQ -Həmsədrlər bəyanat yaydılar

hemsedrler

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfərlərinin yekunu olaraq bəyanat yayıblar.

Yenixeber.org:  Bəyanatda vasitəçilərin iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya gedəcəyi qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, həmsədrlər qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.

Həmsədrlər yaydıqları bəyanatda bu yaxınlarda qoşunların təmas xəttində itkilərə səbəb olan atəşkəs rejiminin pozulması hallarına görə narahatlıqlarını bildiriblər.

Bəyanatda qeyd olunub ki, Bakı və Yerevanda danışıqlar zamanı vasitəçilər uzunmüddətli sülhün bərqərar edilməsi üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğunu vurğulayıb. Bildirilib ki, prezidentlər münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətlərini qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam