Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Kılıcdaroğlu ya istifadə olunur, ya da qurulmuş tələnin aktiv iştirakçısıdır" -MHP lideri

Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankaradan İstanbula doğru bugünlük böyük etiraz yürüşü digər müxalif partiya olan MHP-nin liderinin qəzəbinə səbəb olub.

Yenixeber.org:  Türkiyə mediasına istinadən xəbərə görə, MHP lideri Dövlət Baxçəli CHP-li deputat Enis Berberoğlunun həbsindən dərhal sonra ayağa qalxanları pisləyib:

"Deputatla bağlı qərarın ardından CHP tələsik ayağa qalxıb, qiymət qoparıb. Ədalət  Ankara və İstanbul arasındakı uzun yolda deyil, birbaşa millətimizin iradəsindədir, Türk dövlətinin ruh kökündədir".

MHP lideri deyib ki, Türkiyə hazırda bitmək bilməyən hücumların, dərin tələlərin, maskalı əməliyyatların hədəfindədir:

"Baxın, Misir prezidenti Sisinin təklif və çağırışı ortadadır. O, "Türkiyəyə də Qətər kimi sanksiya tətbiq edilsin" deyir. Bu çevrilişçi prezidenti belə əsassız çağırışına görə şiddətlə qınayıram. Bəli, elə bir gün yoxdur ki, millətimizi qayğılandıran, pessimizmə yuvarlayan hadisə və oyunlar olmasın. Kriz tətikçiləri, xaos həvəsliləri davamlı fəaliyyətdədirlər. Belə bir zamanda küçələrin nəbzinə oynamaq, ədalət bəhanəsi ilə pusquda dayanan bəzi qaranlıq şəbəkələrə fürsət vermək Türkiyənin məhvinə dəstək olmaq, göz yummaqdır. Bu gün haqq axtarışı, hüquqi mübarizə zamanı duyğusal təpki və şüursuz aksiyalardan qaçmaq əsas şərtdir. Ədalət yolda tapa biləcəyimiz itmiş əşya, gəzərkən ayağımıza dəyəcək kömür deyil. Bunu bilməmək isə cəhalətdir. Atalarımız boşuna deməyib ki, ağılsız başın cəzasını ayaqlar çəkər.Hər kəs səbrli, soyuqqanlı olmalıdır".

MHP lideri daha sonra deyib ki, seçkidə arzuladığı nəticəni ala bilməyənlərin küçələrə çıxması məkrli plandır:

"15 iyuldan sonra milli müqaviməti yıxmaq, parlayan millətin dirəncini qırmaq və revanşı almaq üçün bugünkü yürüş qaranlıq mərkəzlərdə planlanıb. Ankaradan İstanbula ədalət üçün yürüyən cənab Kılıcdaroğlu ya istifadə olunmaqdadır, ya da ölkəmizə qarşı qurulan tələnin aktiv iştirakçısıdır…".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam