Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

““Reket jurnalistlər” indi də internet mediasında cəmləşiblər” –Mətbuat Şurasının sədri

 

251497680029

“Hələ ki biz jurnalistikamızı saf-çürük etməmişik. İndi hər hansı küçə ilə gedən bir nəfər şahidi olduğu hadisəni öz telefonu vasitəsilə çəkib bütün dünyaya yaya bilər. Hətta həmin çəkiliş ən yaxşı jurnalist materialı hesab oluna bilər”.

Yenixeber.org:   Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.
Mətbuat Şurasının sədri bildirib ki, əvvəlcə bütün dünyada onlaym jurnalistika qəbul olunmurdu. “Azərbaycanda da bununla bağlı qanunvericilik təkmillşədirilir. Hazırda qəzetlər, jurnalllar, televiziya, informasiya agentlikləri və eyni zamanda internet resursları da Kütləvi İnformasiya Vasitələri (KİV) hesab olunur. Jurnalistikanın saflaşması üçün cəmiyyətin də hadisələrə baxışı dəyişməlidir. Cəmiyyət də müəyyən mənada inkişaf etməlidir Burada təhsillə bağlı da müəyyən faktorlar var. Biz jurnalistika fakültəsində artıq qabilliyyət imtahanlarını bərpa etmişik. Elə bilirəm ki, bir ildən sonra jurnalistika fakültəsindən daha peşəkar və jurnalist olmaq istəyən şəxslər məzun olacaqdır”.

Deputat “reket jurnalistlər”in əvvəllər yazılı mətbuatda, qəzetlərdə fəaliyyət göstərdiyini, indi isə internet mediasına cəmləşdiyini deyib. “İndi həmin şəxslər onlayn jurnalistikaya, eyni zamanda internetdə fəaliyyət göstərən televizya və radiolara transfer olunublar. Bunun da müəyyən səbəbləri var. Çox təəssüf ki, həmin o şəxslər birləşərək ayrı-ayrı adamların ətrafında cərəyan etməyə başlayıblar. Onlar ayrı-ayrı insanlar tərəfindən də maliyyələşirlər. Son zamanlar o yolda olan jurnalistlər saxlanılır, həbs olunur. Bu proses hələ davam edəcək. Mən elə fikirləşirəm ki, iqtisadi baxımdan təminat ödəndikcə, həmin o neqativ hallar da aradan qalxacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam