Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Donald Tramp uzun Asiya turnesinə çıxır

ABŞ prezidenti strateji vacib bölgədə dəstək axtarır

Yenixeber.org: Həftə sonundan etibarən ABŞ prezidenti Donald Trampın Asiyaya vacib səfəri gözlənilir.

Rusiyanın “Kommersant” qəzetinin yazıdğına görə, bu ziyarət son 25 ildə Ağ Ev rəhbərinin bölgədəki ən uzun səyahəti sayıla bilər.

Tramp Havay adalarında bir gün qaldıqdan sonra Yaponiyaya hərəkət edəcək. Daha sonra o Cənubi Koreya, Çin, Vyetnam, və Filippinə baş çəkəcək. Vyetnamda Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Həmin sammitdə onun Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.

Trampın əvvəlki belə uzun səfəri (9 günlük-red.) İran körfəzi, İsrail və İtaliyadkı G7 zirvəsinə qatıldığı vaxt olub. Elə həmin dövrdə də Ağ Ev rəhbəri Rusiya ilə əlaqələrlə bağlı mətbuatda tüğyan edən xəbərlərin fonunda ölkəsini tərk etməli olmuşdu. O zaman qalmaqalların mərkəzində Donald Trampın öz ailə üzvləri, daha doğrusu, kürəkəni Cared Kuşner dayanmışdı.

Sonuncu hadisədən yarım il keçməsinə rəğmən Donald Tramp üçün Vaşinqtonda vəziyyətin yaxşılığa doğru getdiyini söyləmək olmaz. Bu dəfə isə 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxələsini araşdıran prokuror Robert Müllerin başçılıq etdiyi komissiyanın ilkin nəticələri açıqlanıb. Hazırda Trampın keçmiş qərargah rəisi Pol Manafort əsas hədəfdədir. Özü də Cared Kuşnerdən fərqli olaraq, P. Manaforta qarşı irəli sürülən ittihamlar olduca ciddidir və o, uzun müddətə həbs oluna bilər.

CNN telekanalı Ağ Evdəki mənbələrindən aldğı məlumata əsasən, bu məsəənin yuxarı rəhbərliyi olduqca narahat etdiyni bildirib. Vaşqintonda hakim olan qeyri-müəyyənliyin prezidentin aparacağı danışıqlar prosesində onun əlini zəiflədəcəyini düşünənlər az deyil.

Mətbuat Donald Trampın bu dəfəki turnesinin də səmərəsiz keçəcəyini iddia edir.

“Bu səfərdən çox şeyi gözləmək olmaz. Səfərlə bağlı hazırlıqlar olduqca gec başlayıb. Prezidentin komandasında isə regionla bağlı ixtisaslı ekspertlərin sayı dedikcə azdır”, - Karnegi fondunun baş elmi əməkdaşı Ceyms Şoff “Kommersant”a bildirib.

Şoffun firkincə, Donald Tramp səfər zamanı bölgə ölkələrinin liderləri ilə görüşdə keçən həftə dövlət katibi Reks Tillerson tərəfindən səsləndirilən “Açıq Hind-Sakit okean bölgəsi” tezisini müdafiə edəcək. Bu strategiyada əsas məqsəd Çinin Cənubi-Çin və Şərqi-Çin dənizlərində nəzarəti ələ almasının qarşısını kəsməkdir. Qeyd olunur ki, hələ keçən həftə Tramp administrasiyası aliminiumla bağlı Çinə qarşı antidempinq rüsumları tətbiq edib.

Mütəxəssislərin fikrincə, D.Trampın səfərinin əsas kulminasiya nöqtəsi Çin lideri Si Tzinpinə aparacağı müzakirələrdir.

Ekspertlərin rəyinə görə, görüş ərəfəsində hər iki liderin start mövqeləri olduqca fərqlənir. Əgər ÇXR sədri son qurultaydan olduqca sağlam şəkildə çıxıbsa və hakimiyyətin əsas rıçaqlarını öz əlində toplaya bilibsə, eyni sözləri Ağ Evin rəhbəri üçün söyləmək mümkün deyil. Donald Trampın öz ölkəsindəki siyasi mövqeləri günü-gündən zəifləməyə doğru gedir.

İki lider arasında söhbətin əsas mövzusunun Şimali Koreya ətrafında gedəcəyi dəqiqdir. Lakin Çin bu məsələdə ABŞ-ı fakt qarşısında qoymaq istəyir. Pekin Şimali Koreyanın nüvə silahı proqramından vaz keçirməsinin müqabilində ABŞ-ın Sakit okeandakı hərbi aktivliyini durdurmasını tələb edir. Ağ Ev isə Çinin və təbii ki, Rusiyanın bununla ABŞ-ı ümumiyyətlə Sakit okean zonasından uzaqlaşdırmaq istədiyini gözəl başa düşür.

Ceyms Şoff buna görə Trampın bu məsələdə ciddi irəliləyişə nail olmayacağını düşünür. Onun proqnozuna görə, belə olan halda Donald Trampın Çinə səfəri heç bir işə yaramayan böyük banket şouları və ziyafətlərdən o yana keçməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam