Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Fərhad Əliyevin qardaşı bazara gəlib məni söydü” -MƏHKƏMƏ

hilal esedov nusabe esedova nüşabə əsədova hilal əsədov mtn generalı azpolitika info eldar mahmudov akif çovdarov vasmoy bazari

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org:  “Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Vosmoy bazarı” epizodu üzrə şahidlər dindirilib.

S.Məmmədovun vəkili Cavid Rzazadə jurnalistlərə açıqlamasında deyib ki, Çingiz Əsədov ifadə verərək 8-ci kilometr bazarını ilk dəfə onun yaratdığını deyib: “Daha sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfər Seyidovgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, lehimə qərar verildi. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Rafiq Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Bu günə kimi hər ay da mənə 4-5 min manat pul verirlər”.

General Hilal Əsədovun arvadı Nüşabə Əsədova da məhkəmədə ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. N.Əsədova ibtidai istintaqa ifadəsində deyib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov “Vasmoy” bazarını almaq istəyib: “Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı. Atam sonradan bazarı mənə bağışladı. Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.

Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: “Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam