Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa Birliyi çökdürülür:Dünyanın tən yarısı fəlakətə sürüklənir

 

ABŞ özünün əsas beynəlxalq rəqiblərindən biri olan Avropa Birliyindən xilas olmağa can atır

Yenixeber.org:  Avropa Birliyi ətrafındakı çənbər daralır. Bu nüfuzlu beynəlxalq siyasi-iqtisadi iradə mərkəzi öz süqut dönəmini yaşayır.

Düzdür, bu qurumun ətrafında yaşananlar hələlik o qədər də faciəvi xarakter daşımır. Ancaq buna baxmayaraq, cərəyan edən proseslər Avropa Birliyinin addım-addım sona doğru irəlilədiyini göstərir. Və bu proseslərin inkişaf istiqamətləri dəyişməz qalarsa, Avropa Birliyinin iflası qaşılmaz xarakter daşıya bilər.

Maraqlıdır ki, Avropa Birliyinin gələcək taleyini müəyyənləşdirən beynəlxalq siyasi iradə mərkəzi roluna ABŞ-ın iddia etdiyi də müşahidə olunur. Belə ki, okeanın o tayındakı bəzi siyasi-strateji beyin mərkəzlərində, eləcə də Ağ Evdə Avropa Birliyinin ABŞ-a ciddi problemlər yaratmağa başladığı ilə bağlı qənaətin möhkəmləndiyi müşahidə olunur.

Картинки по запросу Avropa birliyi

Halbuki vaxtilə ABŞ Avropa Birliyinin təşəkkül tapmasında və daha da inkişaf edib, güclənməsində əsas maraqlı tərəf kimi çıxış edirdi. Və bu maraq isə əsasən, Avropa Birliyinin “xristian təəssübkeşliyi” üzərində bərqərar tapmasına dayanan məmnunluqdan qaynaqlanırdı. Hesab olunurdu ki, “xristian təəssübkeşliyi” ideoloji xətti “qoca qitə”nin güclü dövlətlərini biraraya gətirməklə, bütün dünya üzərində hegemonluğun ən işlək siyasi-iqtisadi və hüquqi mexanizmini formalaşdıra bilər.

Əslində, qətiyyən ağlabatmaz da deyildi. Çünki “qoca qitə” zatən dünyanın ən önəmli siyasi-iqtisadı məkanı idi. Bu məkandakı nüfuzlu və güclü dövlətlər də ABŞ-ın əsas müttəfiqləri sırasındaydılar. Ancaq həmin nüfuzlu dövlətlərlə yalnız ikitərəfli müttəfiqlik razılaşmalarındansa, toplu şəklində müttəfiqlik formatı daha effektiv ola bilərdi. Xüsusilə də, Avropa Birliyinin səhnəarxası idarəçilik mexanizmlərinə nəzarətin ələ keçirilməsi “qoca qitə”ni qeyri-rəsmi olaraq, ABŞ-ın ştatlarından birinə çevirərdi.

Картинки по запросу Avropa Birliyinin

Məhz bu səbəbdən də, Ağ Ev Avropa Birliyinin güclənməsi üçün əlindən gələn hər şeyi etməyə çalışırdı. ABŞ-ın başlıca hədəfi dünyanın əsas siyasi-iqtisadı resurslarının vahid mərkəzdə toplanmasına və prosesin davamındasa, həmin mərkəzə nəzarət mexanizmlərini ələ keçirtməyə nail olmaq idi. Çünki bu halda, Ağ Ev “yaşıl planet”i daha rahat və effektiv şəkildə öz hegemonluğu altına ala bilərdi.

Hər halda, Ağ Ev üçün dünya üzərində hegemonluq baxımından, ABŞ-ın nəzarətində olan NATO-nun hərbi resursları və Avropa Birliyinin siyasi-iqtisadi gücü çox cəlbedici beynəlxalq alətlər rolunu oynayardı. Bu sıraya hərbi resurslarla siyasi-iqtisadi gücün vəhdətindən ABŞ-ın maraqlarını uyğun olaraq, törəyəcək yeni beynəlxalq hüquq normalarını da qatdıqda, Ağ Evin şəriksiz dünya hökmranlığı şübhə doğurmayacaq şəkildə təmin edilmiş olardı.

Doğrudan da, bir müddət ABŞ-ın himayəsi altında Avropa Birliyi sürətli inkişaf dövrü keşdi. Hətta Ağ Ev Avropa Birliyi məkanında ABŞ-ın xüsusi önəm verdiyi liberal-demokratiyanın möhkəmlənməsinə də nail oldu. Nəticədə öz ortaq valyuta vahidi (avro) olan və üzv dövlətlər arasında “sərhədləri şəffaflaşdırılmış” indiki möhtəşəm Avropa Birliyi təşəkkül tapdı.

Картинки по запросу Avropa Birliyi çökdürülür

ABŞ-Avropa Birliyi ziddiyyətləri də məhz bundan sonra ortaya çıxdı. Belə ki, vahid güc mərkəzində birləşən “qoca qitə”nin strateqləri Ağ Evin vassalı olmaq təhlükəsindən yayınmaq istiqamətində məqsədyönlü addımlar atmağa başladılar. İlk növbədə vahid Avropa iqtisadi məkanı ideyasını reallaşdırdılar. Və ora müdaxilənin qarşısını aldılar. Xüsusilə də bu məkanın qapıları ABŞ-ın üzünə qapadıldı. Ardıncasa, ABŞ-ın mövqeyi ilə üst-üstə düşməyən siyasi kursda israr edildi.

Məsələn, ABŞ-ın İraqa qoşun yeritmək niyyətlərinə beynəlxalq siyasi dəstək axtaran Ağ Evə ən kəskin müqavimət Avropa Birliyi ölkələrindən gəlmişdi. Və bu proses sonrakı mərhələdə ABŞ-a beynəlxalq opponentlik səviyyəsinə qədər inkişaf etmişdi. Nəticədə Avropa Birliyinin ABŞ-ın maraqlarına xidmət edən quruma çevrilməyəcəyi qətiləşdiyindən Ağ Evlə bu qurum arasında “iplər qopdu”.

Təbii ki, Ağ Ev “qoca qitə”nin bu “etibarsız” davranışını cavabsız qoya bilməzdi. Çünki Avropa Birliyi umulduğunun əksinə olaraq, ABŞ-a xidmət edən quruma deyil, məhz Ağ Evin əsas beynəlxalq rəqibinə çevrilmişdi. Hətta ABŞ-ın Rusiya, İran və Çin kimi beynəlxalq rəqibləri ilə müxtəlif səviyyələrdə müttəfiqlik etməkdən də çəkinmirdi. Yəni bu qurum artıq ABŞ üçün ciddi problem rolunu oynayırdı.

Картинки по запросу

Ona görə də, Avropa Birliyinin çökdürülməsi ilə bağlı ssenarinin işə salınması prosesi özünü çox gözlətmədi. Belə ki, əvvəlcə ABŞ-ın siyasi-iqtisadi beyin mərkəzlərinin planladığı 2 ardıcıl sarsıdıcı beynəlxalq maliyyə böhranı ilə AB-yə zərbə vuruldu. Avropa Birliyi külli miqdarda maliyyə itkilərinə məruz qoyuldu, bu quruma üzv ölkələrin əhəmiyyətli hissəsinin dövlət büdcələri sürətlə boşalaraq, “yırtıqlar”a məruz qaldı. Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya kimi bəzi ölkələr defolt təhlükəsiylə üzləşdi.
Daha sonra Yaxın Şərqdəki hərbi proseslər Avropa Birliyinin əleyhinə yönəldildi. Belə ki, bu məkana güclü qaçqın dalğası istiqamətləndirməklə humanitar böhran yaratmağa çalışdılar. Ardıncasa, dollara sürətlə dəyər qazandırılması prosesi başladıldı.

Son dövrlərdəsə, Avropa Birliyinin rəsmən dağıdılması prosesinə start verilib.

Belə ki, bu qurumun əsas yükünü daşıyan üç aparıcı üzvündən (Almaniya, Böyük Britaniya və Fransa) birinin – ABŞ-ın İsraildən sonrakı 2-ci real müttəfiqi olan Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını təmin etdilər. Bundan sonra Böyük Britaniya olmadan, Almaniya və Fransanın Avropa Birliyinin maliyyə yükünü öz çiynində daşıya bilməsi inandırıcı görünmür. Və bu, Avropa Birliyinin dağılmasının qaçılmazlığı anlamına gəlir.

Məsələ ondadır ki, Böyük Britaniyanın qurumdan çıxması ilə bağlı referendum qərarı var. Qurumun qaydalarına görə, çıxma prosesi yaxın 2 il ərzində yekunlaşmalıdır. Və bu, olduqca ağrılı prosesdir.

Картинки по запросу Avropa birliyi

Belə ki, bir sıra hüquqi, siyasi, iqtisadi, maliyyə və s. prosedurlar reallaşdırılmalıdır. Artıq narazılıq, mübahisələr indidən başlayıb. Bu, Avropa Birliyi üçün daxili idarəçilikdə xaos vəd edən prosesin başlanğıcı kimi görünür.

Eyni zamanda, quruma üzv olan digər bəzi ölkələr də Avropa Birliyindən çıxmaq ehtimallarını gündəmə gətirməyə başlayıblar. Bu barədə referendumun keçirilə biləcəyini də istisna etmirlər. Hətta bəzi AB ölkələrində bu qurumdan çıxmaq ideyası seçkilərdə əsas təbliğat istiqamətinə çevrilib.

Məsələn, Fransa prezidentliyinə namizəd Marin Le Pen öz seçki təbliğatını məhz hakimiyyətə gələcəyi təqdirdə, ölkəni Avropa Birliyindən çıxaracağı ilə bağlı vədlər üzərində qurmuşdu. Eyni siyasi çağırışlar digər üzv dövlətlərdə də səsləndirilir. Analoji cağırışların müəllifi olan ultra-millətçi siyasi mərkəzlər öz ölkələrinin liberal-demokratiya xəttindən uzaqlaşmasına yönəlik təbliğatda da israrlıdırlar. Və məhz ultra-millətçi cərəyanların son vaxtlar Avropa ölkələrində aparıcı mövqeyə çıxması Avropa Birliyi, eləcə də bu qurumun məlum ənənəvi dəyərləri üçün iflas faktorlarından biri hesab olunur.

Картинки по запросу The European Union has already destroyed

Bütün bunlar onu göstərir ki, Avropa Birliyi artıq süqut mərhələsinə qədəm qoyub. Bəziləri buna sevinsə də, yaşana biləcək kataklizmləri də göz önündə tutmaq lazımdır. Belə ki, Avropa Birliyinin çöküşü həm də adının başlanğıcında “Avropa” sözü yazılan və bu qurumla hər hansı formada bağlılığı olan bütün beynəlxalq təşkilatların dağılmasına yol aça bilər.

Bütün bunlar qısa müddətdə və ilkin hazırlıq olmadan baş verərsə, Avropa məkanında siyasi, iqtisadi, maliyyə və hüquqi xaos da yaranar. Çünki qısa müddətdə yeni siyasi, iqtisadi, maliyyə və hüquqi münasibətlər sisteminə keçid asan məsələ deyil. Və narazılıq, ziddiyyətlərlə müşayiət oluna biləcək kifayət qədər ciddi kataklizmlər vəd edir. Bu isə yalnız Avropa Birliyinin dağıdılması deyil, həm də dünyanın tən yarısının fəlakətə sürüklənməsi anlamına gəlir.


Musavat.com

Картинки по запросу The European Union has already destroyed


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam