Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eynulla Fətullayevin ermənilərlə yazışması –“Bakı projesi”nin müdhiş sirri açıldı

 

Yenixeber.org:  Bir müddət əvvəl Bakı erməni "dissident”lərin tribunasına çevrilmişdi. Əvvəlcə, Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ailəsi ilə Azərbaycana sığındı, Sərkisyan rejiminə nifrət püskürdü, sonra yazıçı-publisist Vahe Avetyan Bakıya gəldi, Xocalı abidəsini ziyarət elədi, səfərlərin intensivləşməsinin vacibliyini vurğuladı.
Ardınca "Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan paytaxtımıza gəldi, Eynulla Fətullyevin rəhbəri olduğu haqqin.az saytında jurnalist kimi fəaliyyətinə başladı. 
 
BakuPost.az xəbər verir ki, Bakıya gələn bu ermənilərin əslində hansı ssenarinin ifaçıları olduğu indi-indi aydınlaşmağa başlayır. 
Martirosyanın Ukraynaya köçməsi ilə "Baki projesi”nin mübhəmləri açılmaqdadır. Bu adamın Ukraynadan Azərbaycan əleyhinə bəyanatlar verməsi, Avetyanın isə onun erməni xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməsi, Azərbaycan-Ermənistan Sülh Platformasına daxil edilərək kəşfiyyat niyyəti ilə Bakıya göndərilməsini söyləməsi bir çox sirlərin üstünü açır. 
Ancaq ən qəribəsi E.Fətullayevin yanına aldığı Martirosyan və Çaqinyandan əlavə, özünün də ermənilərlə əlaqələrinin olmasının üzə çıxmasıdır. 
Bu barədə bir sıra KİV-lər E.Fətullayevin ermənilərlə olan yazışmalarının fotolarını yayıb. Saytlar qeyd edir ki, bu yazışmaları xüsusi xidmət orqanlarının rütbəli bir əməkdaşı təqdim edib
Sitat: "Birinci qrup yazışmalarda Azərbaycanın Ukraynadakı səfiri haqqında diplomatik sayılmayacaq ifadələr yer alır və bəlli olur ki, cənab Eynulla Fətullayev həmin səfirin birbaşa rəisidir… Bu sərt ifadələrə görə, səfirdən üzr istəyirik və xatırladırıq ki, bu bizim qənaətimiz deyil, başqalarının onun haqqında qənaətidir və həmin başqaları erməni kəşfiyyatçılarla söhbətlərlə onu bu cür xatırlayırlar: «küçük» və bu qəbildən olan sözlərlərlə…”
Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova (Ukraynanın Daxili işlər naziri- red.) yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair…
 

"O küçük sənə görə başı ilə cavabdehdir”

 

Zəruri qeyd: səfirlə bağlı yazışmalara baxanda məlum olur ki, o heç də saytların iddia etdiyi kimi, ermənilərlə deyil,  "Haqqın.az”ın indi Ukraynada yaşayan əməkdaşı Əkbər Həsənovla yazışıb.  

Məlum olur ki, E.Fətullayev Ukraynanın daxili işlər naziri olan erməni əsilli Arsen Avakovla çox ciddi və sıx əlaqələrə malikdir. Hətta o qədər yaxındır ki, E.Fətullayev Ukraynadakı səfirimiz Azər Xudiyevlə bağlı başqa tonda danışır, Martirosyanı isə Avakovla qorxudur.  
 











 

 

"Bu … bizi boğaza yığıb”

İkinci qrup yazışmada Martirosyan və Fətullayev indi də Bakı redaksiyasında işləyən Suzan Caginyanı dolayırlar, onun kaprizləri haqqında səmimi olmayan fikirlərini bölüşürlər. Kollektivin daxilindəki ifadə tərzi bizi o qədər də maraqlandırmır…

"Səni Yerin dibindən də qazıb çıxararıq”
Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair… Görünür, Van Martirosyana artıq qəti tapşırıq gəlib ki, əməliyyatı dayandırıb Azərbaycandakı oyununu başa vursun. Ən azı, Martirosyanın Azərbaycan xüsusi xidmət orqanlarını və ya "isteblişmenti” dolayıb aradan çıxdığı zamanların hikkəsi var bu yazılarda…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam