Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur" -Mariya Zaxarova

Azərbaycanın Birinci vitse-prezidenti, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur.

Yenixeber.org:  Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəmizin Rusiyadakı səfirliyinin Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təşkil etdiyi təntənəli qəbulda “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.

O deyib: “Mən birinci dəfə Bakıya gələndə (o vaxtdan çox keçməyib) şəhəri müasir görkəmində gördüm və onun necə bir məhəbbət və qayğı ilə qurulmasına valeh oldum. Şəhərdə mövcud olan bütün gözəlliklər, bütün tarixi yerlər qabardılmışdı”.

M.Zaxarova daha sonra deyib: “O vaxt asudə vaxtımız oldu və bir neçə saat ərzində bizə şəhərin qədim hissəsini göstərdilər. Mən bütün bu muzeyləri və dekorativ-tətbiqi sənət sərgilərini görəndə soruşdum: qədimiliyi, ənənələri, bütün bu mədəni sərvəti müasir texnologiyalarla belə müvəffəqiyyətlə uyğunlaşdırmaq necə mümkün olub? Mənə dedilər ki, birinci xanım Mehriban Əliyeva bu işə böyük töhfə verib. Bundan sonra onun gördüyü işlər barədə yazılanları oxumağa, onlarla tanış olmağa başladım və onun işinə valeh oldum. Bu barədə hətta Azərbaycanın Moskvadakı səfiri ilə danışmışam və bütün bunların həqiqət olub-olmadığını soruşmuşam və o da hamısını təsdiq edib”.

Mariya Zaxarova vurğulayıb: “Bundan sonra Bakıda dəfələrlə olmuşam və şəhərin gündən-günə daha maraqlı, daha yaraşıqlı və müasir olduğunu görmüşəm. Mən Mehriban Əliyevanın bütün bu layihələrə necə hamilik etdiyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işi dərin hörmət və heyranlıq doğurur”(azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam