Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"DİM abituriyentləri aldadır" -EKSPERTDƏN ŞOK İTTİHAM

“Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan abituriyentlərin nəticələri təhsilin və onların məktəblərinin uğuru deyil, özlərinin və hazırlıq müəllimlərinin uğurudur”.

Yenixeber.org:   Bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, şagirdlər keçmədikləri mövzulardan suallara düzgün cavab yazıblar.

“Çünki, orta məktəbdə tədris hələ başa çatmayıb, məktəbin başa çatmasına 45 gün var. Bu, o deməkdir ki, şagirdlər tam tədris proqramını keçməsələr belə, keçmədikləri mövzulardan suallara cavab yazıblar. Yəni, imtahanda ixtisas quruplarına daxil olan hər fənndən azı iki test tapşırığı hələ bundan sonra keçiriləcək mövzulardandır. Beş fənnin olduğunu nəzərə alsaq, bu azı 10 test tapşırığı və 60 dan çox bal edir. Orta məktəblərdə hələ keçrilməyən azı 10 paraqraf hələ də qalıb. Və bu mövzulardan suallar var idi”. 

K.Əsədov qeyd edib ki, şagirdlər mövzuları keçmədən onları bilirlər, ya da onu məktəbdə yox, məktəbdən kənar öyrənirlər.

“Bu nəticəyə gəlmək olar ki, dövlətin orta məktəblərə milyardlarla pul xərcləməsinə ehtiyac yoxdur. Elə isə bütün məktəbləri və təhsil qurumlarını bağlayaq. Hamı imtahan verib, birbaşa universitet təhsilinə başlasın. Əgər bu şagirdlər o ümumtəhsil məktəbində yüksək biliyə sahib olsaydılar, araşdırıb görək onların sinif yoldaşları hansı nəticəni göstərib? (bu özəl liseylərə aid deyil)”.

Təhsil eksperti hesab edir ki, DİM abituriyentləri aldadır: “Xatırlayırsınızsa, fevral ayında DİM xidmət qiymətlərini elan edəndə demişdim ki, iştirakçılar imtahan nəticələrini öyrənmək üçün sms xidmətindən istifadə edəcəklər. Amma DİM dedi ki, bu xidmət olmayacaq. Tarif Şurasının müəyyən etdiyi xidmətlər siyahısında da sms-lə imtahan nəticələrinin öyrənilməsi yox idi. Ona görə bu xidmətdən DİM-in nə qədər qazanacağı məlum deyil. 
Dünən isə DİM elan edir ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin “Azercell” mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Özləri özlərini yenə də inkar etdilər və öncədən qiyməti müəyyən olunmamış xidməti istifadəyə verdilər. Halbuki, magistr, rezidentura və buraxılış imtahanlarında bu xidmətdən istifadə olunmamışdı.

Bundan başqa, 30 apreldə keçrilən imtahanlarda DİM əməkdaşlarının səhlənkarlığı və diqqətsizliyi nəticəsində bir neçə sual kitabçasında suallar oxunmurdu. Bəzi imtahan binalarında problemli sual kitabçalarını nəzarətçilər qələm və karandaşla yazıb, belə deyək ki, "abituriyenti yola veriblər". 40 manat pul ödəyən abituriyentlə ketfiyyətsiz, 10 qəpiklik sual kitabçası veriblər”. (Azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam