Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

" Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq" -Türkiyənin baş naziri

binali_yildirim_2016_man1487794147

“Bakı-Tbilisi-Qars dəmir yolunun inşası sona yaxınlaşır”. 

Yenixeber.org:   Bu sözləri Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım həmkarı Georgi Kvirikaşvili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, layihənin nəticələnməsini görməkdən çox məmnun olduğunu bildirib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ay ərzində açılışı birlikdə həyata keçirəcəyik. Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı Türkmənistan, Qazaxıstan, Çin və digər tərəfdən Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.

G. Kvirikaşvili qeyd edib ki, BTQ son dərəcə vacib və strateji əhəmiyyətə malik bir layihədir: “Bu layihənin əhəmiyyəti regional çərçivədən kənara çıxır. Bir neçə gün əvvəl Pekində bu mövzuda tədbir keçirildi. Türkiyə prezidenti bu layihənin İpək Yolunun vacib bir elementi olduğunu dedi. Dəmir yolunun həyata keçirilməsi istiqamətində Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı davam etdiririk. Öz tərəfimizdən bu layihənin reallaşması üçün əlimizdən gələni edirik. Test səfərləri yay aylarında olacaq. Payızda dəmir yolu işə düşəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam