Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Tramp İran qarşısında məsələni kəskin qoydu” -EKSPERTDƏN AÇIQLAMA

“Yüz on milyardlıq hərbi əməkdaşlıq Amerika hərbi sənayəsinə böyük canlanma gətirə bilər. Eyni zamanda böhran vəziyyətində ekstremizlə mübarizədə əməliyyatların aparıması yükü bölgə daxili qüvvələrin üzərinə düşməlidir”.

Yenixeber.org:  Bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanına səfərini “Amerikanın səsi”nə şərh edərkən bildirib.

F.Əsədov  Trampın müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırışını  biznes yönümlü və düşünülmüş siyasət təəssüratı bağışladığını deyib. Onun sözlərinə görə, İranın qarşısında məsələ kəskin qoyulur.

“Yaxın Şərq siyasətində prioritetləri dəyişmək, istiqamət götürdüyü ittifaqlar və tərəfdaşlıqlara yenidən baxmaq. Əks halda onun rəqibləri olan qüvvələrə ABŞ dəstək verməyə hazır olduğunu bilidir. Bu xüsusilə İranda seçkilərlə üst üst düşdüyü üçün kəskin bir bildirişdir. Acıq hərbi qarşıdurma az ehtimal edilir. İran bu mesajlara münasib və ehtiyatlı siyasi addımlar atmış olsa ABŞ Yaxın Şərq siyasətində mühüm iştirakçı qismidə dəvət oluna bilir. Bu eyni zamanda Yaxın Şərqdə tərazlaşdırılmış siyasi-hərbi durumun yaranmasına zəmin yarada bilir” -deyə Əsədov vurğulayıb.

Bu münasibətlərin Azərbaycan təsirlərinə gəldikdə isə şərqşünas F.Əsədov deyir ki, sülhsevər qonşuluq siyasəti Azərbaycan üçün hər halda hər şeydən üstündür: “Azərbaycan bölgənin problemləri həllində aktiv və təşəbbüskar tərəfdaş olmağa çalışmalıdır. Yaxın Şərqdə ABŞ siyasəti sosial gərginlik və məyüsluq hissi yaradacaqsa, radikallıq əhvalların dərəcəsi arta bilir, ekstremizmə əlavə zəmin yarana bilir. Sosial hüquqların müdafiəsi, islahatlarda vətəndaş iştirakçılığının artırılması inkişaf etdirilməlidir. Bu dövlət strukturlarının effektiliyini təmin edir və cəmiyyətinin hər səviyyəsində sabitliyə istəyini və çalışmalarını artırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam