Seçki kampaniyasının aparıcı rəsmisi ilə işləyən QRU zabiti deşifrə edildi--xüsusi prokuror sənəd açıqladı
ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının aparıcı rəsmisi 2016-cı ilin prezident seçkisi kampaniyasının son həftələrində biznes ortağı, Rusiyanın keçmiş kəşfiyyat zabitiylə tez-tez kommunikasiyaya girirmiş. Bunu bir neçə gün əvvəl açılmış məhkəmə sənədləri üzə çıxarıb.
Yenixeber.org: Trampın seçki kampaniyasının sədr müavini Rick Geyts və Rusiyanın keçmiş kəşfiyyat zabiti arasında əlaqəni xüsusi prokuror Robert Müllerin açıqladığı məhkəmə sənədləri ortaya qoyub. Prokuror rusiyalını “Şəxs A” adlandırır və deyir ki, həmin şəxs o zaman seçki kampaniyasında çalışırmış. Bu haqda media martın 28-də yazıb.
“The New York Times” qəzeti “məsələdən xəbərdar mənbə”yə istinadla yazır ki, “Şəxs A” Konstantin Kilimnikdir. O, Trampın kampaniya sədri Paul Manafotun hər kampaniya zamanı, həm də o, Ukraynanın rusiyapərəst keçmiş prezidenti Viktor Yanukovych hökuməti üçün konsultant kimi çalışarkən tərəfdaşı olub.
Məhkəmə sənədlərinə görə, Geyts 2016-cı ilin sentyabrında və oktyabrında, noyabr seçkisindən bir neçə həftə öncə bu rusiyalı ilə görüşüb. Sənəddə bildirilir ki, Federal Təhqiqat Bürosu (FBI) onun həmin dönəmdə Rusiyanın casus xidmətlərinə fəal bağları olmasına inanır.
Manafort Kilimnikin Rusiya kəşfiyyatına bağlılığını təkzib edib. Ancaq məhkəmə sənədinə görə, Geyts bir tərəfdaşına deyib ki, “Şəxs A” “QRU-nun kəşfiyyat zabiti olub”. QRU Rusiyanın hərbi kəşfiyyat agentliyidir.
Mueller həm Geyts, həm də Manafor-a bir sıra ittihamlar irəli sürüb. Ancaq bu ittihamların keçmiş rusiyalı əməliyyatçıya bağlılığı yoxdur. Geyts ötən ay FBI-ya yalan danışdığını, Birləşmiş Ştatlarda çirkli pul yuma qəsdinin olduğunu etiraf edib. O, hazırda Müllerin Rusiya və Tramp kampaniyası arasında əlaqələriylə bağlı təhqiqatıyla əməkdaşlıq edir.
Hazırda harada olduğu bilinməyən Kilimnik Rusiya kəşfiyyatıyla hər hansı əlaqəsini danır, Manafort isə belə bir əlaqədən xəbəri olmadığını deyib.
“The Washington Post”, “Associated Press” və digər media orqanlarının ötən il yazmasına görə, Kilimnik kampaniya zamanı Manafort ilə Rusiyanın alüminium maqnatı, prezident Vladimir Putinin müttəfiqi Oleq Deripaska arasında vasitəçilik edib.
Media iddia edirdi ki, Manafort Kilimnikə elektron məktubunda Deripaskaya Tramp-ın seçki kampaniyasının gedişatı barədə “gizli məlumat” ötürməyi təklif edib. Bu, kampaniyanın ortasında, 2016-cı ilin iyulunda baş verib.
O vaxtdan Deripaska Nyu York məhkəməsində Geyts və Manaforta qarşı mülki iddia qaldırıb, onları bir investisiya sövdələşməsiylə bağlı onu aldatmaqda ittiham edir. “The New York Times” yazıb ki, Ukraynada Kilimnikin Rusiya casus agentlikləriylə mümkün əlaqələrinə dair təhqiqat ittiham irəli sürülmədən bitib. O, Ukraynada doğulub, Moskvada və Kiyevdə yaşayır.(virtualaz)