Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyəyə həyan olmalıyıq" -Deputat

zeyneb-xanlarova-ciddi

“Mən ömrüm boyu, həmişə “Türkəm” demişəm. Həmişə bütün dünyada konsertlərimdə demişəm ki, türkün qolu bükülməz. Avropa Şurasının Türkiyəyə qarşı qərəzi tək məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib”.

Yenixeber.org:   Bunu Milli Məclisin bu gün keçirilən iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib.

“Ona görə də mən çox xahiş edirəm ki, bizim Milli Məclisin adından etiraz bəyanatı yayaq. Çünki bu gün Türkiyəyə qarşı olan bu addım, sabah da bizə qarşı olacaq. Bütün Azərbaycan xalqı buna görə ayağa qalxmalıdır. Çünki bizim həmişə ağrımız olanda, birinci Türkiyə həyanımız olub. Biz də Türkiyəyə həyan olmalıyıq. Ona görə də təklif edirəm ki, Milli Məclis adından AŞPA-ya etiraz müraciəti qəbul edək”, – deyə deputat bildirib.

Spiker Oqtay Əsədov isə deyib ki, bugünkü iclasda 14 deputat bu barədə etirazını bildirib və bu özü parlamentin mövqeyini əks etdirir.

Spiker bu istiqamətdə işin davam etdiriləcəyini də bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam