Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyə və Azərbaycana hansısa başqa prizmadan baxılır" -Oqtay Əsədov AŞPA-nı “top”a tutdu

Milli Məclisin plenar iclasında AŞPA-nın yaz sessiyasında Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib.

Yenixeber.org:  Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl sədr Oqtay Əsədov bu məsələyə toxunub. Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladan spiker AŞPA-nın bu qərarını tənqid edib:

“13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.

Sonra spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.

S. Seyidov bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır:

AŞPA-nın yaz sessiyası əvvəlkindən çox fərqlənir. Assambleyada ikili standartlar var, Türkiyə və Azərbaycana hansısa başqa prizmadan baxılır. Yaz sessiyasında bu, pik həddinə çatdı. Bu gün Avropada islamofobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamofobiyanın, radikalizmin bir elementidir. AŞPA postmonitorinqdən monitorinqə keçirməklə, bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Təəssüf ki, AŞPA-dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam