MARİYA ZAXAROVANIN ƏDƏBSİZ TOY ŞƏKİLLƏRİ –FOTOLAR
Yenixeber.org: Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycandan olan jurnalistləri ədəbsiz şəkildə təhqir etmişdi. Ancaq bu heç də onun ilk ədəbsizliyi deyilmiş. 1 news.az saytının dərc etdiyi məqalə və şəkillər bu rəsmi titullu xanımın hansı keyfiyyətlərə malik olduğunu əyani sübut edir. Məqaləni Azərbaycan türkcəsinə musavat.com çevirib. Həmin yazını təqdim edirik:
-Bu yaxınlarda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova verdiyi açıqlamalarla Azərbaycan informasiya məkanının əsl qəhrəmanına çevrildi. Öncə Zaxarova ermənilərə öz sevgisini etiraf elədi, ermənilərlə birgə uydurma “soyqırımı” günü qüssələndi. Dediyinə görə, harada olur-olsun, həmin gün o, ürəyi və qəlbi ilə öz erməni dostları ilə birgədir. Bundan bir neçə gün sonra isə Zaxarova durduğu yerdə, birbaşa azərbaycanlı jurnalistləri təhqir elədi. Halbuki azərbaycanlı jurnalistlər ondan yalnızca erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı məsələni şərh etməyi xahiş eləmişdilər.
Azərbaycanlı media mənsubları və ictimaiyyətinin maraq və narahatlığını isə Zaxarova “ədəbsiz hərəkət” adlandırdı və Rusiya XİN-in rəsmi brifinqində səslənmiş suala cavab verməkdən sadəcə olaraq, imtina elədi.
Zaxarovanın kobud tonu və biabırçılığı artıq çoxdan dillərdə dastana çevrilib. Məsələ ondadır ki, bu zat özünün profilində (bəzən həm də Rusiya XİN-in rəsmi akkauntunda) dəfələrlə onunla razı olmayan istifadəçilərə qarşı kobudluq edib, qeyri-diplomatik dildə sözünü ifadə edib.
Ancaq təkcə sosial şəbəkələrdəki status və şərhləri deyil, həm də redaksiyamızın əlinə keçən və hələ 2005-ci ildə Nyu-Yorkda çəkilmiş şəkillər də onu xüsusilə qabarıq şəkildə təqdim edir, açır. O vaxt Zaxarova Nyu-Yorkda işləyirdi və iş adamı Andrey Makarovla nikahda idi.
İndi yalnız bir şeyi anlamaq qalır: görəsən Moskvada, diplomatlar ailəsində anadan olmuş Zaxarovada belə qəribə zövq haradandır? Hansı zövqü ki, yumşaq desək, heç vulqarlıq da adlandırmaq olmur. Belə şeyi “görməzlikdən gəlmək” çox çətin olacaq.