Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Sualları cavablandırmalıdır" -Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt cavab

 

Rusiyanın  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. 

 

Yenixeber.org:   Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi  rəsmi posta uyğun olmadığını vurğulayıblar. 

 

“Qafqazinfo” məsələ ilə bağlı   Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan münasibət  öyrənib. 

 

Ə. Amaşov qeyd edib ki,  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu hərəkətləri qeyri- peşəkar və qeyri-etikdir: “O Rusiyada fəaliyyət göstərən istənilən xarici jurnalistin verdiyi sualı  sona qədər dinləməlidir. Təmsil etdiyi qurumun münasibətlərinə uyğun olaraq da sualı cavablandırmalıdır. Ona görə də, birmənalı qaydada onun davranışı heç bir etik çərçivəyə sığa bilməz. Zaxarova yəqin ki, təmsil etdiyi qurumuna əsasən çox yaxşı bilir ki, Həsən Həsənov niyə öldürüldü, Dilqəm Əsgərov, Şahbaz Quliyev niyə görə həmin yerlərdə olub. D. Əsgərov anasının qəbrini ziyarət etməyə getmişdi. Ona görə də, onlar üzərində qurulmuş məhkəmə qeyri-qanunidir, heç bir beynəlxalq normalara uyğun deyil. 

 

Zaxarova dünənki hadisədə  Azərbaycanla Rusiya arasında olan münasibətləri nəzərə almalı idi. Onun verdiyi cavab Azərbaycan jurnalistini qane edə bilməz.

 

Mariya Zaxarova ona müəyyən olunmuş hündürlükdən daha çox tullanmağa cəhd edib. Bu, onun şəxsi xarakteri ilə də bağlı ola bilər. Yəqin ki Mətbuat Şurası bu məsələyə öz münasibətini bildirəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam