Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Liftlərin təmiri, quraşdırılması ilə bağlı xərclənən vəsaitlərin hesabatında nöqsanlar aşkarlanıb" -Hesablama Palatasından "lift" açıqlaması

 

"Liftlərin təmiri, quraşdırılması ilə bağlı xərclənən vəsaitlərin hesabatında nöqsanlar aşkarlanıb" -

 

Son günlər qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barədə sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələr aparılır.

Yenixeber.org:  Cəmiyyətdə onun bu qədər pula sahib olması barədə müəyyən suallar səsləndirilir.

 

Unikal.org araşdırıb ki, Hesablamalar Palatası 2016 –cı ildə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentində həyata keçirilmiş auditin nəticələri barədə yaydığı məlumatda liftlərin təmiri, quraşdırılması ilə bağlı xərclənən vəsaitlərin hesabatında nöqsanlar aşkar olunması qeyd edilib.

 

Məlumatda deyilir: "Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2015-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri barədə Hesabatı müzakirə edərək qərar qəbul edib.

 

Həmin qərarda bildirilir ki, bəzi MKTB-lər tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılmış və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılmışdır.

 

Auditlə əhatə olunan dövrdə inzibati idarə, xidməti heyətin saxlanılması, ev təsərrüfatının saxlanılması və digər xərclər mütəmadi olaraq artmış, balansda olan liftlərin 20,5%-ni 5 ilə qədər olan yeni quraşdırılan liftlər təşkil etdiyi halda ev təsərrüfatının saxlanılması xərcində lift təsərrüfatının saxlanılması xərcinin xüsusi çəkisi əvvəlki ilə nisbətən cəmi 0,4% azalmış, lifdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılmışdır.

 

2015-ci ilin əvvəlinə mənzil fondunun əhalisi 902526 nəfər və yaşayış sahəsi 10548690,6 m2, istifadə olunan qeyri-yaşayış sahəsi 486270,8 m2 və liftlərin sayı 5552 vahid təşkil etmişdir.

 

Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Bakı şəhər İcra Hakimiyyətinə, həmçinin müvafiq Təqdimat Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam