Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qüdrət Şükürovun milyonluq evi, maşınları -ARAŞDIRMA

Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...



Yenixeber.org:   Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan dövlət mənzil fonduna aid yaşayış binalarında quraşdırılmış liftlərin texniki istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatları, onların texniki xidməti və təmiri isə bu sahədə ixtisaslaşdırılmış ”Lifttəmir" İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Bu dövlət qurumu illərdir ki, paytaxt sakinlərinə xidmət göstərməli olduğu halda qurumin rəisi Qüdrət Şükürov şəxsi biznesini böyüdüb oliqarxa çevrilməklə məşğuldur. GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı konkret olaraq ortaya çıxan rəsmi faktlar sözün bütün mənalarında müdhişdir. Bu faktlar illər uzunu büdcə vəsaitlərinin talan edilməsi, onların bir nəfərin və ya bir ailənin biznes imkanları üçün səfərbər edildiyini göstərir. 

Bu günlərdə qızına 400 min manat xərc çəkərək toy düzənləyən Qüdrət Şükürov haqqında çox mühim faktlar ortadadır. Və bu faktların yaxın günlərdə ən yüksək dairlər tərəfindən araşdırılaraq qərar veriləcəyi istisna edilmir. İllərlə media üçün qapalı olan bu qurum son zamanlar gözqamaşdıran həyatına dair faktlar ortaya çıxandan sonra “mərhəmətə” gəlib press-relizlər açıqlayır. Bakıda liftlərin təmiri, yeniləri ilə əvəzlənməsinə dair zəhmətkeş obrazları yaradılır – idarə və onun rəisi ətrafında...

Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...


Adətən bu “görülən işlər” haqqında olan press-relizlər 1967-ci ildə idarənin formalaşdırılması, 1970-ci illərdə aparılmış struktur işləri, 1994-cü ildə həyata keçirilmiş “mütərəqqi” islahatlara aid olur. Yalnız kiçik bir abzasın qısa bir cümləsində cari ilə dair məlumatlar verilir. İndi Qüdrət Şükürovun idarəsindən bu günə bəzi media qurumlarında yayılan press-relizdəki cümlələrə diqqət edək və araşdırdığımız ortaya çıxardığımız faktlarla müqayisələri təqdim edək. 

Diqqətlə oxuyun: Mövcud şəraitdə dövlət yaşayış fonduna aid binalarda quraşdırılmış liftlərin texniki istismar vəziyyətinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş lift təsərrüfatının sağlamlaşdırılması üçün Prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına 2012-2014-cü illərdə 1270 ədəd lift yenisi ilə əvəz edilib. 

Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...
Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...


Burada “əsaslı vəsait qoyuluşu” deyəndə nədənsə rəsmi olaraq büdcədən nə qədər vəsait ayrıldığı nə qədər xərcləndiyi göstərilmir. Əcaba sual olunur Q.Şükürovun idarəsi 1270 ədəd yeni lifti almaq üçün büdcədən nə qədər vəsait alıb, vəsiti necə xərcləyib? Gundeminfo-nun apardığı araşdırmalar zamanı bəlli olub ki, bu vəsaitlərin talan edilməsi rəsmən təsdiqlənib. 

Keçək rəsmi açıqlamaya - Azərbaycan Hesablama Palatası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində nöqsanlar aşkarlayır və müvafiq qurumlara təqdim edir. Yoxlamaların nəticələrinə, bəzi Mənzil-Kommunal Təsərrüfatları Birlikləri (MKTB) tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılıb və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılıb.

Ötən ilin əvvəlinə mənzil fondunun əhalisi 902 526 nəfər və yaşayış sahəsi 10 548 690,6 kv. metr, istifadə olunan qeyri-yaşayış sahəsi 486 270,8 kv. m və liftlərin sayı 5 552 vahid təşkil edib.

Dəyəri milyonlarla ölçülən 2 layihə rəsmi hesabatlardan gizlədilib

Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...


Həmçinin, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondları üzrə 8 layihənin icrası nəzərdə tutulub, həmin layihələrdən 2-si üzrə, ümumiyyətlə, maliyyələşmə açılmayıb. Yəni burada söhbət mühim və dəyəri milyonlarla manat həcmində olan layihələrin qanunlardan və hesabatlardan gizlədilməsindən gedir. Hrsabatda daha sonra rəsmi olaraq bildirilir: 

- “Əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmadığından mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və cari təmir xərcləri düzgün hesablanılmayıb, mənzil fondunun zərərinin ödənilməsi üçün dövlət büdcəsi layihəsinə mənzil fonduna aid olmayan xərclər daxil edilib. "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları" əsasında hesablanılmalı və təsdiqlənməli olan xərclərin proqnozlaşdırılması zamanı göstərilən normanın tələblərinə əməl olunmayıb"- məlumatda qeyd olunub.

Lift təsərrüfatlarının saxlanması xərclərində talan 

Qüdrət Şükürovun milyonluq evi, maşınları və talanan büdcə...


Palatanın yoxlamaları zamanı aşkar olunub ki, balansda olan liftlərin 20,5 faizini 5 ilə qədər olan yeni quraşdırılan liftlər təşkil etdiyi halda ev təsərrüfatının saxlanılması xərcində lift təsərrüfatının saxlanılması xərcinin xüsusi çəkisi əvvəlki ilə nisbətən cəmi 0,4 faiz azalıb. Bundan əlavə, lifdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılıb.

“Alov” qüllələrində sürücüsünün adına 5 milyon manatlıq ev rəsmiləşdirilməsi 

Burada kənar ştatlar, onlar üçün ayrılan vəsaitlər deyəndə nəyin nəzərdə tutula biləcəyini də araşdırdıq. Qüdrət Şükürov bu işlərdə xüsusi istedad nümayiş etdirərək şəxsi əmlakını heç zaman öz adına rəsmiləşdirməyib. Yəni Hesablama Palatasının aşkarldığı bu 8 lüzumsuz ştat vahidi rəsmən bilinəndir. Elə bizim apardığımız araşdırmalar zamanı bəlli olur ki, idarə rəisi adətən ev, villa, bahalı maşınları öz adına deyil, sürücüsünün, köməkçisinin adına rəsmiləşdirirmiş. Mətbuat yazır ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlakı var. Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində. İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

350 min manata “Ferrari” katibənin adına rəsmiləşdirilir...

Bundan başqa Qüdrət Şükürov öz katibəsinin adına bahalı avtomobil alıb. Maraqlıdır ki, avtomobil nəğd pula alınıb. “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil.

Öhdəliklər yarımçıq qalır, pullar isə axıra qədər “xərclənir”


Nəhayət Bakı Lift İdarəsi ilə bağlı rəsmi hesabatlar da sübut edir ki, bu günlərdə yayılan rəsmi “zəhmətkeş” mövqeyindən fərqli olaraq idarədə dövlət vəsaitlərinin istifadəsi zamanı öhdəliklər yerinə yetirilməyib. 

Yoxlamalar zamanı dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmadığı, oxşar obyektlər üzrə analoji əmsallar tətbiq olunmaqla müəyyən edilib, işlərin istismara verilməsi barədə aktlar tərtib edilmədiyi və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmadığı aşkar edilib. Bəzi hallarda tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi nəticəsində smeta sənədlərinə və qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib, layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib.

Audit tədbiri Bakı şəhərinin 12 inzibati rayonu üzrə MKTB, 3 xüsusi təyinatlı MKTB-ni və Departamentin strukturuna daxil olan 14 qurumu əhatə edib. Ötən ildə dövlət büdcəsindən Departamentə ayrılmış vəsaitlər “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 80,6 faiz, əsaslı vəsait qoyuluşu üzrə 83,6 faiz, ehtiyat fondu üzrə 77,5 faiz səviyyəsində icra olunub.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam