Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Diplomatın həyat yoldaşı oğurluqda ittiham edilir -Nyu-Yorkda

190621_res_01

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham edilir.

Yenixeber.org:   “Daily News”a istinadən xəbərə görə, Azərbaycan səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.
Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra polis qadını sərbəst buraxıb. Amerika nəşri yazır ki, diplomatik status, adətən, diplomatların həyat yoldaşlarına da şamil olunur.
Qəzetin yazdığına görə, belə hallarda polis Dövlət Departamentinə müraciət edir ki, diplomatın toxunulmazlığı ləğv edilsin. Dövlət Departamenti azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.
Mehriban Cəbrayılovanın əri Fərid “Daily News”a bildirib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər həqiqətə uyğun deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam