Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"İranda türkə yuxarıdan aşağı baxmaq adət halını alıb" -Politoloq

 

"Azərbaycanlıları təhqir edən İran parlamentinin millət vəkili Kazım Delxoşun "Bunlar türkdür, heç nə anlamazlar” sözləri İran şovinizminin aydın ifadəsidir”.
Yenixeber.org:   Bu sözləri BakiPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranlı deputatın ikinci dəfə azərbaycanlılar haqda söylədiyi aşağılayıcı ifadələri şərh edərkən deyib. 
O bildirib ki, türklərə bu cür həqarət qətiyyən yaraşmır: "Yəni İranda fars şovinizminin elə bir ideoloji dəsti xətti, əxlaqi zərəri olub ki, orada türkə həqarət etmək, türkə yuxarıdan aşağı baxmaq adət halını alıb. 
Əgər o deputat tarixi dərindən bilsəydi, o zaman türklərin Azərbaycan türklərindən ibarət olmadığını görərdi. Türklər dünyanın az qala dörddə birini təşkil edən böyük bir millətin nümayəndəsidir. Onların içərisindən Atilla, Çingiz xan, Teymurləng, Xətai və s. kimi böyük cahangirlər, həmçinin alimlər çıxıb. Bunlar həm hərb tarixinə, həm də dünya siviliziyasına böyük töhfələr veriblər”. 
Qabil Hüseynli hesab edir ki, millət vəkili  Delxoşun türklər haqda dediyi sözlər özünün nə dərəcədə məhdud və aşağı səviyyəli adam olduğunu əyani sürətdə sübut edir: "Nə olsun ki, deputat seçiblər. Amma o, açıq-aşkar İran kimi çoxnüvəli bir ölkədə fars şovinizmini yeridərək tolerantlığa çox mənfi təsir göstərir. Ayıb olsun ona”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam