Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İranda Azərbaycan türkü olan nazirlərin sayı artmalıdır”- Qazipur

 

İran Milli Məclisinin Azərbaycan əyalətinin Urmiya millət vəkili Nadir Qazipur prezident Həsən Ruhaniyə yeni quracağı 12-ci kabinetdə daha çox türk əsilli nazirlərə yer verilməsiylə bağlı müraciət edib.

Yenixeber.org xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Qazipur deyib ki, kabinetdə türk soylu (azərbaycanlı) nazirlərin sayı artmalıdır:

“Əgər belə olmazsa, Ruhani hökuməti türklərin yaşadığı yerlərdən vəkil olan türk əsilli 110 deputatdan səs vermə üçün “bəli" səsi gözləməsin… İran əhalisinin təxminən 50 faizi türkcə (Azərbaycanca) danışır. Məclisə tövsiyə ediləcək yeni Təhsil naziri Konstitusiyanın 15 və 19-cu maddələrinin tətbiqi, məktəb və universitetlərdə azərbaycanca təhsili reallaşdırmağın lazım olduğunu bilməlidir”.

Qeyd edək ki, İran Milli Məclisində 290 millət vəkili var. Prezident Həsən Ruhaninin avqustda yeni kabinetlə bağlı şərhi gözlənilir.

İran Konstitusiyasının 19-cu maddəsində millətin bütün fərdlərinin, hansı qövm və qəbilədən olursa olsun, bərabər hüquqlardan yararlanacağı, rəng, irq, dil ayrı-seçkiliyi olmamasını ehtiva edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam