Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərsığorta”nın Tovuz filialının direktoru qətlə yetirildi, müavini yaralandı -Təfərrüat


Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Yenixeber.org:  "Report"un məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri travmatoloji xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.

*   *   *19:24

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.

Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

*   *   *18:53

Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

Məlumata görə, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı Dövlət Sığorta Agentliyi Tovuz rayon şöbəsinin müdiridir.

Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi, hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam