Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sığorta şirkətinin filial müdirini kim öldürdü? -Tovuzda müəmma

Yenixeber.org:  Xəbər verildiyi kimi ötən gün Tovuzda müəmmalı qətl hadisəsi baş verib. “Azərsığorta2 dövlət sığorta şirkətinin Tovuz filialının direktoru, 62 yaşlı Raya Bayramova iş otağında başından küt alətlə vurularaq öldürülüb. Qətlin kim tərəfindən törədildiyi və motivi barədə heç bir məlumat verilmir. Lakin olduqca müəmmalıdır ki, Raya Bayramovanın müavini, 1965-ci ildə anadan olmuş Vəliyev Vidadi Bəhmən oğlu da elə həmin vaxt kəllə-beyin travması xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Vəliyev şirkətin ofisinin yerləşdiyi binanın “damından yıxılaraq xəsarət aldığını” deyib. Ən azından məlumat agentliklərə bu cür ötürülüb.

 

Bəs bu nə təsadüfdür ki, “Azərsığorta”nın filial direktoru başından küt alətlə vurularaq öldürüldüyü bir vaxtda onun müavini həmin binanın damından yıxılaraq yenə də başından xəsarət alıb? Bu iki hadisənin arasında hansı bağlılıq var?

Virtualaz.org Tovuz rayonundakı mənbələrdən bu qətl və xəsarət alma hadisəsi ilə bağlı əlavə təfərrüatlar öyrənməyə çalışıb. İstirahət günü olduğundan hüquq-mühafizə orqanlarının rayon şöbələri ilə əlaqə saxlamaq mümkün olmayıb. Rayon sakinlərindən, o cümlədən Raya Bayramovanı tanıyanlardan da əlavə nəsə öyrənmək səylərimiz alınmayıb.

Söhbətləşdiyimiz mənbələr ancaq onu deyiblər ki, Raya Bayramovanın qətlinin kim tərəfindən və hansı motivlə törədilməsi hələ bilinmir, məsələ müəmmalıdır. O cümlədən müavinin necə və hansı şəraitdə başından xəsarət aldığını müəyyən etmək hələ mümkün olmayıb. V.Vəliyev hazırda həkim nəzarətində olduğundan hüquq-mühafizə orqanları  onu dindirə bilməyib. Gözlənilir ki, bütün suallara direktor müavininin ilkin dindirməsindən sonra aydınlıq gətirmək mümkün olacaq.

Hadisə ilə bağlı DİN və Baş prokurorluğun da rəsmi açıqlamasının olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam